Icma.az
close
up
RU
Köçkün taleli bir şair aramızdan getdi…

Köçkün taleli bir şair aramızdan getdi…

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycan ədəbi mühitinə ağır itki üz verib. Tanınmış şair-publisist, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvü, Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
İsmayıl İmanzadənin imzası ötən əsrin 60-cı illərindən ədəbi ictimaiyyət arasında tanınır. Onun yaradıcılığı Azərbaycan poeziyasında özünəməxsus yeri olan, fərqli dəsti-xətti ilə seçilən nümunələrdən ibarətdir. Dünyaya göz açdığı Cəbrayıla, doğulduğu Böyük Mərcanlı kəndinə qırılmaz tellərlə bağlı olan şairin şeirlərində vətən sevgisi, yurd həsrəti, insan taleyi, milli-mənəvi dəyərlər və həyat həqiqətləri xüsusi yer tutur. Oxucular onun misralarında həm bir şairin duyğularını, həm də bir el ağsaqqalının hikmətini görürlər.
10 dekabr 1945-ci il tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub böyümüş İsmayıl İmanzadə ömrünü sözə, ədəbiyyata, vətənə, xalqa və dövlətçiliyə xidmətə həsr edib. 1965-ci ildə indiki Gəncə Dövlət Universitetini bitirib. Uzun illər müxtəlif orta məktəblərdə müəllim, bir müddət isə dövlət qulluğu sahəsində çalışıb. Harada çalışmağından asılı olmayaraq onun sinəsindəki şair ürəyi həmişə xoş duyğular bəxş edən misralar pıçıldayıb. İlk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində, “Səni soraqlaram” adlı ilk şeirlər kitabı isə 1980-cı ildə “Gənclik” nəşriyyatında nəşr olunub. 
İsmayıl imanzadə doğma Cəbrayılın ictimai-siyasi həyatında həmişə fəal rol oynayıb.

Şairin vəfatı yalnız ailəsinin, doğmalarının deyil, həm də onu tanıyan yüzlərlə qələm adamının, poeziyasını sevən minlərlə oxucusunun, dostlarının və şagirdlərinin qəlbində dərin kədər hissləri yaradıb.
1993-cü ildə Cəbrayıl rayonunun işğalından sonra minlərlə soydaşımız kimi, o da doğma yurdundan didərgin düşmüş, Mingəçevirə pənah aparmışdı.
Uzun illər idi ki, Mingəçevir şəhərində məskunlaşan İsmayıl İmanzadə bir müddət Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan “Səda” qəzetində baş redaktorun müavini, “Mingəçevir” qəzetində redaktor işləyib. 1999-cu ildən isə Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, “Bənövşə” ədəbi-bədii dərgisinin təsisçisi və baş redakoru olub.
Köçkünlük həyatı onun taleyinin ən ağrılı səhifəsinə çevrilmişdi. İllərlə qəlbində gəzdirdiyi nisgil, həsrət və qayıdış arzusu yazılarında, şeirlərində öz əksini tapırdı. O, işğal altındakı torpaqların ağrısını yaşayan, bu ağrını sözə çevirən qələm sahiblərindən idi.
İsmayıl İmanzadənin 30-a yaxın kitabı işıq üçü görüb. Tanınmış bəstəkarlardan Faiq Sücəddinov, Şəfiqə Axundova, Nadir Əzimov, Razim Paşayev və başqaları şairin sözlərinə müsiqilər bəstələyib.
“20 Yanvar” etüdləri” adlı poeması və 1996-cı ildə Mingəçevir Dövlət Dram Teatrı tərəfindən tamaşaya qoyulan “Xocalı notları” adlı pyesi Azərbaycan radiosunun və AzTV-nin qızıl fondunda saxlanılır. 
İsmayıl İmanzadənin ən böyük arzusu doğma Cəbrayıla - Böyük Mərcanlı kəndinə qayıdaraq ömrünün son illərini ata-baba yurdunda keçirmək idi.
İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra onun şeirlərinə nikbin ruh, qürur dolu misralar, doğma yurda qayıtmaq hissləri əlavə olunmuşdu. 1993-cü ildə doğma yurdu tərk edərkən evinin açarlarını da özü ilə götürən şair, onu əziz bir xatirə kimi özündə saxlayırdı. İsmayıl İmanzadə yenidən ata-baba ocağına dönmək, hər daşını, qayasını, kol-kosunu yaddaşına həkk etdiyi Böyük Mərcanlı kəndində çıraq yandırmağa tələsirdi.

“Kəndimizə - Böyük Mərcanlıya gedəcəyəm. Bilirəm ki, orda heç nə qalmayıb, amma olsun, dünya malı dünyada qalır. Ömür vəfa eləsə, o evimizi təzədən tikəcəm. Ordan Çoban bulağına qalxacam. Onun suyundan ovuclayıb içəcəm. Atamın, babamın qəbirləri Cəbrayıldadır. Onların qəbrini tapacam, ruhlarına dua oxuyacam. Nəslimizdən 14, kəndimizdən isə 100-dən artıq şəhid var. Anam, bacılarım, qardaşım isə köçkünlük zamanında dünyasını dəyişdilər. Əhdim var, dövlətdən icazə alıb, anamın qəbrini doğma kəndimizə köçürəcəyəm. Vətəndə qərib olmaq böyük bəladır. Qərib qəbir isə insanı daha çox yandırır. Söz, poeziya olmasaydı, bəlkə mən də dözməz, bu günləri görməzdim. Çünki dərdimi, nisgilimi sözə yüklədim. Söz mənim dərdimdən çat-çat oldu. Tək özümün yox, bütün bu xalqın dərdini sözlə ifadə elədim həmişə”, - deyə İsmayıl müəllim 2020-ci ilin oktyabrında Cəbrayıl rayonu işğaldan azad olunandan sonra verdiyi müsahibədə bildirmişdi.
Təəssüf ki, tale ona bu arzularını tam yaşamağa imkan vermədi. O, ömrü boyu həsrətini çəkdiyi torpağın qoxusunu ürəyində daşıyaraq bu dünyadan köçdü.
Cəbrayılın hörmətli ağsaqqallarından olan İsmayıl müəllim təkcə yaradıcılığı ilə deyil, insanlığı ilə də seçilirdi. Onun sözü, məsləhəti və xeyirxahlığı çoxlarının həyatında iz qoymuşdu. Gənc və orta nəslin nümayəndələri arasında onu özünə ustad hesab edənlərin sayı az deyildi. İsmayıl İmanzadə gənc qələm sahiblərinə daim dəstək olur, onların inkişafına kömək göstərirdi.
Doğma el-obaya, Cəbrayıla həsr etdiyi yüzlərlə şeir və publisistik yazı onun mənəvi irsinin qiymətli hissəsidir. Bu əsərlər həm bir insanın vətən sevgisinin, həm də bir xalqın yaddaşının bədii salnaməsi kimi yaşayacaq.

Ruhunuz şad olsun, əziz müəllimim!
Əfqan Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri