Koçun lətifəsi baha başa gəldi: İstanbulda ofisinə hücum edildi
Icma.az bildirir, Axar.az portalına istinadən.
Türkiyədə İstanbul şəhərinin Maltepe rayonunda "Koç" holdinqinin tərkibinə daxil olan "Otokoç" şirkətinin baş ofisinə silahlı hücum həyata keçirilib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, polis atəş açıb qaçan şəxsləri ələ keçirmək üçün əməliyyata başlayıb.
Maskalı şəxslərin hücumu zamanı ölən və ya xəsarət alanın olmadığı bildirilir.
Lakin xeyli sayda güllənin şirkətin binasına zərər verdiyi qeyd edilir.
Qeyd edək ki, “Koç Holdinq”in fəxri sədri, 96 yaşlı Rəhmi Koçun bir neçə gün əvvəl İzmirdə xəstəxana açılışında kürd qadınlar haqqında danışdığı lətifə sosial şəbəkələrdə kəskin etirazla qarşılanmışdı.
Bundan sonra Türkiyə hakimiyyəti hərəkətə keçib və iş adamı barəsində "Əhalinin bir hissəsini açıq şəkildə təhqir etmək" ittihamı ilə araşdırma başladılıb.
R.Koç isə sosial şəbəkə hesabı vasitəsilə üzr istəmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 07 İyun 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















