Icma.az
close
up
RU
Köhnə avtomobili olanlar üçün şans: Təhvil ver, pulunu al

Köhnə avtomobili olanlar üçün şans: Təhvil ver, pulunu al

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycanda istismara yararsız nəqliyyat vasitələrinin utilizasiyası prosesi ölkənin avtomobil parkının yenilənməsi baxımından mühüm mərhələ hesab olunur. Köhnə avtomobillərin dövlətə təhvil verilməsi qarşılığında vətəndaşlara təqdim olunan birdəfəlik ödəniş və güzəşt mexanizmi hazırda əsas müzakirə mövzularından biridir. Bu addım həm ekoloji mühiti qorumaq, həm də yollarda təhlükəsizliyi artırmaq məqsədi daşıyır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, köhnə avtomobillərin utilizasiyası ümumiyyətlə bütün cəmiyyətlərdə müsbət addım kimi qiymətləndirilir və yüksək dəyərləndirilir. 
"Azərbaycanda da bu proses vətəndaşlar tərəfindən eyni şəkildə dəyərləndirilir. Çünki mahiyyət etibarilə, vətəndaş köhnə avtomobilini dövlətə təhvil verir, dövlət isə bunun qarşılığında müxtəlif güzəştlər tətbiq edir. Bu güzəştlər gömrük rüsumlarının azaldılması, ölkə daxilində istehsal olunan avtomobillərin alınması üçün aşağı faizli kredit və lizinq imkanlarının yaradılması kimi təşviqləri əhatə edir. Azərbaycanda isə utilizasiya proqramları ilə yanaşı, dövlət bir sıra addımlar ataraq elektromobillər, hibrid və digər alternativ nəqliyyat vasitələri üçün gömrük rüsumlarını bir neçə il ərzində demək olar ki, ləğv etdi. Bu addım bir çox insanın daha müasir və ekoloji cəhətdən təmiz avtomobillərə keçidinə şərait yaratdı və ölkədə avtomobil parkının yenilənməsi sürətləndi".
Ekspert bildirib ki, bununla belə, əldə olunan nəticələr hələ də tam arzu olunan səviyyədə deyil. 
"Qarşıda həyata keçirilməsi nəzərdə tutulan proqramlar var və növbəti illərdə bu istiqamətdə daha ciddi addımların atılması gözlənilir. Bu proqramlar avtomobil parkına yeni nəfəs, yeni texnologiyalar və daha müasir nəqliyyat vasitələri gətirəcək. Nəticə etibarilə, avtomobil parkının yenilənməsi həm yeni nəqliyyat vasitələrinin ölkəyə daxil olmasına, həm də ümumi texnoloji inkişafın sürətlənməsinə səbəb olur. Bu isə digər cəmiyyətlərdə olduğu kimi, Azərbaycan cəmiyyətində də müsbət qarşılanır və gələcəkdə daha geniş şəkildə dəstəklənəcəyi gözlənilir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Aprel 2026 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri