Icma.az
close
up
RU
Köhnə Balyesta Katanya rəqabəti haqda

Köhnə Balyesta Katanya rəqabəti haqda

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

1999/2000 mövsümündə "Rasinq"in ispaniyalı hücumçusu Salva Balyesta 27 qolla La Liqanın bombardiri olur.

"Malaqa"nın braziliyalı forvardı Katanya 24 qolla onu izləyir. Salva 2000-ci ilin yayında gözlənilmədən elitanı tərk edən "Atletiko"nun sıralarına qoşulur. Növbəti mövsüm Balyesta 20 qolla sequndanın da bombardiri olur. Amma bu qollar "hindular"ı görməyə öyrəşdiyimiz yerə qaytarmır.
Maraqlıdı ki, Salva həmin mövsüm sözügedən yarışda "Tenerife"nin gənc hücumameyilli yarımmüdafiəçisi Luis Qarsiyanı da qabaqlayır. "Barselona" yetirməsi olan, gələcəkdə "Atletiko"da parlayacaq, qısa müddətdə "Liverpul" azarkeşlərinin sevimlisinə çevriləcək oyunçu o vaxt futbolda ilk uğurlu addımlarını atırdı.
Bir il əvvəl Balyesta ilə La Liqada bombardirlik uğrunda yarışmış Katanya isə həmin vaxt sequndanın bombardiri statusunda idi. Salvanın qolları "Atletiko"ya yüksəlməyə kifayət etməsə də, 1999-cu ildə Katanyanın sequndada vurduğu 25 qolla zirvədə qərarlaşması "Malaqa"nın La Liqa yolunu açmışdı.
İnsafən, braziliyalı daha ciddi rəqabətlə sözügedən titulu qazanmışdı. Həmin mövsüm sequndanın bombardirləri siyahısında stajlı azarkeşlərin hələ "Malyorka"dan yaxşı xatırlayacağı, geniş kütlənin isə "Deportivo"nun əfsanələri kimi xatırladığı Albert Luke və Dieqo Tristan cütlüyünü görmək mümkün idi. İspaniyalılar o vaxt "Malyorka"nın B komandasında oynayırdılar. Gələcək Avropa çempionu, yunanıstanlı pleymeyker Vasilis Sartas isə "Sevilya"nın bombardiri idi. Sonradan yolu "Milan" və "Atletiko"dan düşəcək Xavi Moreno da "Numansiya"nın uğurları üçün çalışırdı. Tristan ilə Moreno 2 il sonra artıq La Liqada bombardirlik uğrunda yarışacaqlar.
Yeri gəlmişkən, cari mövsüm uzun fasilədən sonra avrokuboklarda gücünü sınayan "Rayo Valyekano" sonuncu dəfə Avropa arenasında (UEFA kuboku) çıxış edəndə 1/4 finalda komandanın qarşısını liderlərindən biri Xavi Moreno olan "Alaves" almışdı. Bəli, 2001-ci ildən söhbət gedir. 5:4 başa çatan "Liverpul" - "Alaves" finalının baş tutduğu mövsümdən...
Salva ilə Katanyaya gəlincə, "Malaqa"nın tarixində ən çox qol vurmuş futbolçuların siyahısına nəzər salsaz, bu iki oyunçunun adı müxtəlif pillələrdə qarşınıza çıxacaq. Balyesta İspaniya yığmasında 4 oyun keçiribsə, İspaniya vətəndaşlığını qəbul etmiş Katanya 3 dəfə “La Furiya”nın formasında meydana çıxıb. İkisi də rəqabətin qızğın vaxtında - 2000-ci ildə yığmada debüt etsə də, heç vaxt çiyin-çiyinə və ya eyni matçda meydanda olmayıblar.
ELZAMİN HACIYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Sentyabr 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri