Icma.az
close
up
RU
“Köhnə qitə” Yaxın Şərqə doğru “yol alır”...

“Köhnə qitə” Yaxın Şərqə doğru “yol alır”...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Aİ ilə KƏŞ ölkələri arasında strateji tərəfdaşlıq danışıqları başlayır

Bir neçə gün öncə Avropa İttifaqı (Aİ) beynəlxalq tərəfdaşlıqlarını genişləndirmək məqsədilə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri ilə ikitərəfli strateji tərəfdaşlıq sazişləri imzalamaq üçün danışıqlara başlamağa razılıq verib. Xarici KİV-lər xəbər verir ki, Brüsseldə keçirilən nazirlər toplantısında Aİ-nin nazirləri KƏŞ-ə üzv dövlətlərlə (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman və Qətər) ticarət danışıqlarına başlamaq qərarı alınıb. Danışıqların ən qısa zamanda başlaması gözlənilir və onlar təhlükəsizlik məsələlərindən tutmuş enerji sektorunda əməkdaşlığa qədər geniş sahələri əhatə edəcək. Aİ-nin Aralıq dənizi məsələləri üzrə komissarı, xanım Dubravka Şuytsa “Bloomberg”ə bildirib ki, qurum strateji tərəfdaşlıq sazişləri vasitəsilə Körfəz ölkələri ilə əməkdaşlığı yeni səviyyəyə yüksəltmək istəyir.

Qeyd edək ki, Strateji Tərəfdaşlıq Sazişləri Aİ ilə üçüncü ölkələr arasında bir sıra məsələlər üzrə əməkdaşlığı genişləndirmək üçün nəzərdə tutulmuş çərçivə sazişləridir. Bu sazişlərin imzalanması gələcək razılaşmalar üçün əsas ola bilər - çünki 1990-cı ildə danışıqlar başlayandan bəri KƏŞ ilə ticarət razılaşması əldə etmək üçün çoxsaylı cəhdlər olub, lakin əvvəlki bütün cəhdlər uğursuzluqla nəticələnib. İki iqtisadi region arasında daha güclü əlaqələrə doğru bu son addım xüsusilə Aİ və BƏƏ arasında ticarət maneələrini aradan qaldırmaq və iqtisadi inteqrasiyanı təşviq etmək məqsədi daşıyan azad ticarət danışıqlarına başlamaq üçün son razılaşmadan sonra atılıb.

Əməkdaşlıq tarixi...

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) 1981-ci ildə qurulmuş siyasi və iqtisadi birlikdir. Təşkilata 6 ərəb dövləti - Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Oman və Bəhreyn daxildir. Şuranın əsas məqsədi üzv dövlətlər arasında koordinasiyalı iqtisadi, siyasi, hərbi və mədəni əməkdaşlığı təşviq etməkdir. KƏŞ regionu dünyada enerji resursları - xüsusilə neft və təbii qaz baxımından ən zəngin və strateji əhəmiyyətə malik zonalardan biri sayılır. Son illərdə KƏŞ ölkələri arasında qarşılıqlı əlaqələr daha da dərinləşib, vahid iqtisadi bazar, gömrük birliyi və təhlükəsizlik mexanizmlərinin formalaşdırılması istiqamətində addımlar atılıb. Eyni zamanda, bu ölkələr beynəlxalq siyasi və iqtisadi oyunçularla - o cümlədən Aİ ilə - daha strateji tərəfdaşlığa meyllidirlər. Nəzərdə tutulan strateji tərəfdaşlıq planları da məhz bu istiqamətdə əlaqələrin gücləndirilməsi üçün hazırlanan baza statusunu daşıyacaq.

Vurulandığı kimi, Avropa İttifaqı ilə KƏŞ ölkələri arasındakı münasibətlərin əsası 1980-ci illərin sonuna təsadüf edir. 1988-ci ildə tərəflər arasında Əməkdaşlıq Sazişi imzalanıb və bu sənəd siyasi dialoq, ticarət və texniki əməkdaşlığı əhatə edirdi. İmzalanan sazişə baxmayaraq münasibətlər uzun illər formal xarakter daşıyıb və daha çox iqtisadi maraqlarla məhdudlaşıb - baxmayaraq ki, Aİ ötən dövr ərzində KƏŞ ölkələrinin əsas ticarət tərəfdaşlarından biri kimi çıxış edir, xüsusilə enerji idxalı, sənaye məhsulları və yüksək texnologiyalı avadanlıqlar sahəsində qarşılıqlı əlaqələr mövcuddur.

XXI əsrin birinci onilliyinin sonundan başlayaraq KƏŞ ölkələri öz iqtisadiyyatlarını neftdən kənar sahələrə yönəltməyə başlayıb və Avropa ilə daha çox investisiya və texnoloji əməkdaşlıq imkanları axtarmağa çalışırlar. Paralel olaraq Aİ üçün də ərəb körfəzi ölkələri enerji təhlükəsizliyi, sabitlik və regional geosiyasi tarazlıq baxımından böyük əhəmiyyət daşıyır.

Strateji tərəfdaşlıq danışıqlarının əsas predmetləri...

Başlayan strateji tərəfdaşlıq danışıqları əvvəlki texniki əməkdaşlıqdan fərqli olaraq strukturlaşdırılmış və çoxölçülü çərçivə əsasında qurula bilər. Yayılan məlumatlarda qeyd edilir ki, danışıqlar aşağıdakı sahələri əhatə edir:

- Enerji təhlükəsizliyi və yaşıl keçid: Aİ-nin yaşıl enerji keçidində Körfəz ölkələrinin rolunun artırılması. Xüsusilə hidrogen və günəş enerjisi layihələri.

- İnvestisiya və texnologiya transferi: KƏŞ ölkələrinin Avropa texnologiyasına çıxışı, Aİ şirkətlərinin regiona investisiya təşviqi.

- Regional təhlükəsizlik və sabitlik: Yaxın Şərqdə siyasi manevr imkanları, hərbi-siyasi əməkdaşlıq planları.

- Ticarət və gömrük inteqrasiyası: Tərəflər arasında sərbəst ticarət sazişinə gedən yolun açılması.

- İnsan kapitalı və təhsil: Erasmus+ kimi proqramların Körfəz ölkələrində genişlənməsi.

- Nəhayət, iqlim dəyişikliyi və COP gündəliyi: KƏŞ ölkələrinin COP proseslərinə aktiv cəlb olunması (xüsusilə COP28 və COP29 çərçivəsində).

Danışıqların əsas məqsədi isə birmənalı şəkildə Aİ ilə KƏŞ ölkələri arasında münasibətləri strateji və institusional səviyyəyə yüksəltməkdir. Aİ bu əməkdaşlığı həm enerji mənbələrinin diversifikasiyası, həm də geosiyasi nüfuzunun Yaxın Şərqdə artırılması üçün vacib sayır. Vurğulandığı kimi, KƏŞ ölkələri üçün bu tərəfdaşlıq post-neft dövrünə keçid, texnoloji modernləşmə və Avropa bazarlarına çıxışın dərinləşdirilməsi baxımından strateji mahiyyət daşıyır.

Siyasi-iqtisadi “qazanc”lar

Müzakirə olunan strateji tərəfdaşlıq məsələsi isə yeni dövr üçün olduqca vacib siyasi amil rolunu oynaya bilər. Nəzərə alsaq ki, körfəz ölkələri yeni siyasi nizamda aktiv yer alır, fəallığı ilə seçilir, bu dövlətlərin Aİ ilə ən yaxın strukturlu əməkdaşlığa imza atması böyük perspektiv yaradacaq. Başqa sözlə, bu strateji tərəfdaşlıq həm siyasi, həm də iqtisadi gözləntilər formalaşdırır. Siyasi gözləntilər əsasən, Aİ üçün Körfəz bölgəsində möhkəmlənmək və digər beynəlxalq güc mərkəzləri ilə eyni səviyyədə əməkdaşlıq təmsilçiliyi əldə etməkdir. Bu yolla Aİ KƏŞ ölkələrində yeni iqtisadi legitimlik qazana və diplomatik çəkisinin artmasına təkan verə bilər. paralel olaraq Yaxın Şərqdə sabitliyin təşviqində iştirakçı kimi rol ala bilər.

İqtisadi gözləntilərə gəldikdə isə, Aİ-nin neft və qaz idxalında davamlılıq və rəqabətli qiymətlərə “ehtiyacı var”. Qarşılığında Körfəz ölkələrinin Avropa texnologiyalarına çıxış imkanları artır. Ortaq fondlar və investisiya mexanizmləri isə ikitərəfli layihələrin təşviqinə imkan verəcək.

Beynəlxalq qiymətləndirmə...

Xarici ekspertlər danışıqları yeni enerji və geosiyasi balans dövrünün başlanğıcı kimi qiymətləndirirlər. Brüsseldə yerləşən “European Policy Centre” və “Gulf Research Center” kimi qurumlar bildirirlər ki, Avropa üçün Körfəz ölkələri yalnız enerji mənbəyi deyil, həm də regionda sabitliyin və qarşılıqlı etibarın təminatçısı rolunu oynayır. Bəzi analitiklər isə danışıqların real nəticə verməsi üçün Aİ-nin insan hüquqları, ifadə azadlığı kimi həssas məsələlərdə daha yumşaq və mərhələli yanaşma ortaya qoymasının zəruriliyini vurğulayırlar. Əks halda, danışıqların siyasi hissəsi iqtisadi komponentlərə nisbətən zəif qala bilər.

Nəticə etibarı ilə, Aİ - Körfəz Əməkdaşlıq Şurası arasında başlanmış strateji tərəfdaşlıq danışıqları təkcə enerji və ticarət deyil, həm də geosiyasi sabitlik, texnoloji əməkdaşlıq və qlobal iqlim gündəliyinin vacib tərkib hissəsinə çevrilir. Bu danışıqların uğuru həm Avropa, həm də Körfəz ölkələri üçün qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlıq modelini formalaşdıra bilər.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:340
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyul 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri