Icma.az
close
up
RU
Köhnə yüzlüklərin aqibəti necə olacaq?

Köhnə yüzlüklərin aqibəti necə olacaq?

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı 15 iyul 2026-cı il tarixdən etibarən dizaynı və mühafizə sistemləri ən müasir texnologiyalar əsasında təkmilləşdirilmiş yeni 100 manatlıq əskinasları dövriyyəyə buraxır.
Demokrat.az xəbər verir ki, yenilənmiş pul nişanı mövcud konsepsiya saxlanılmaqla, innovativ təhlükəsizlik elementləri ilə təmin edilib. Yeni banknotun üzərində üçölçülü mikrogüzgü effektli və rəngini dəyişən holoqram, həmçinin dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu – “Spark Flow Prime” elementi yer alıb. Əskinas işığa tutulduqda Dövlət Gerbi və nominalın rəqəmi su nişanı olaraq aydın görünür. Görmə qüsuru olan şəxslərin pulun həqiqiliyini və nominalını rahatlıqla təyin edə bilməsi üçün ön tərəfin sağ və sol kənarlarında xüsusi qabarıq xətlər yerləşdirilib. Qlobal banknot istehsalı trendlərinə uyğun olaraq, pul nişanının arxa tərəfi şaquli üslubda dizayn edilib. Bundan əlavə, əskinasın mühafizəsində xüsusi sap, mürəkkəbsiz çap və mikromətnlərdən istifadə olunub.
Yeni 100 manatlığın ön tərəfinin sol yuxarı küncündə Mərkəzi Bankın sədri Taleh Kazımovun imzası əks olunub.
Hazırda ölkədə fəaliyyət göstərən nağd pul sistemlərinin və müvafiq avadanlıqların yeni banknota uyğunlaşdırılması istiqamətində işlərə başlanılıb. Yenilənmiş pul nişanı hazırda dövriyyədə olan eyni nominallı əskinaslarla bərabər şəkildə tədavüldə olacaq və ödənişlərdə heç bir məhdudiyyət qoyulmadan istifadə ediləcək.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyun 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri