Icma.az
close
up
RU
Şəxsiyyətinə və yaradıcılığına məhəbbətlə Qəzənfər Paşayev yazır

Şəxsiyyətinə və yaradıcılığına məhəbbətlə Qəzənfər Paşayev yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

Dörd il İraqda tərcüməçi işləyib vətənə dönmüşdüm. Akademiyanın Dilçilik İnstitutunda "Azərbaycan dilinin Kərkük dialekti" namizədlik dissertasiyası üzərində işləyirdim. O vaxtlar da indiki kimi Dilçilik və Ədəbiyyat İnstitutları Akademiyanın əsas binasının 5-ci mərtəbəsində yerləşirdi. Bir gün görkəmli dilçi və ədəbiyyatçı alim Vaqif Aslanovla dəhlizdə söhbət edirdik. Bu vaxt gözəl geyimdə bir gənc bizə yaxınlaşdı, əda və qeyri-adi səslə "Böyük alim Vaqif Aslanova eşq olsun!" - dedi və keçib getdi.

Vaqif müəllimdən onun kim olduğunu soruşdum. "O, gələcəyin böyük yazıçısı və böyük alimidir" - dedi və əlavə etdi: "Gözəl yazıçımız İlyas Əfəndiyevin oğlu Elçindir".

O vaxtdan illər keçib. İndi Elçinin yaradıcılığını, elmi fəaliyyətini, dərin elmi qənaətlərini, uğurlarını izlədikcə yaddaşımda, təqribən, 65 il bundan əvvəl mərhum alimimiz Vaqif Aslanovun peyğəmbərcəsinə dediyi sözlər canlanır: "O, gələcəyin böyük yazıçısı və böyük alimidir".

Sanki bu gün deyilmiş bu tarixi sözlər Elçinin sənət aləminə və elmi yaradıcılığına işıq tutur. Elçin haqqında yazdığım məqalələrdən birini "Peyğəmbərcəsinə deyilmiş sözlər" adlandırmağım bununla bağlıdır (bax: "Ədəbiyyat qəzeti", 14.05.2008).

Elçinlə bağlı bir məsələni xüsusi vurğulamaq istərdim.

Ədəbiyyatşünaslıq elmimizin taleyinə cavabdehlik missiyasını şərəflə yerinə yetirən Ədəbiyyat İnstitutu ilə Elçin qədər sıx əlaqə saxlayan ikinci bir qələm sahibini təsəvvür etmək çətindir. Bəlkə bu, onunla bağlıdır ki, bu müqəddəs ocaqda Elçin aspiranturada oxumuş, namizədlik və doktorluq dissertasiyalarını burada müdafiə edib. Hansı vəzifədə işləməsindən asılı olmayaraq müdafiə şurasında opponentlik etməkdən imtina etmirdi. Əsərlərinin Ədəbiyyat İnstitutunda müzakirəsində məmnuniyyətlə iştirak edirdi.

Yazıçının özünün iştirakı ilə "Sosrealizm bizə nə verdi?" əsəri böyük maraqla keçdi (16.02.2011). Məruzəçi mən idim. Məruzə mətbuatda çap olundu. Elçinin sonuncu əsəri, dramaturji "Cəhənnəm sakinləri" pyesinin premyerasını da Ədəbiyyat İnstitutu təşkil etmişdi. Milli Dram Teatrında İnstitutun kollektivinin iştirak etdiyi gecədə tamaşadan əvvəl İnstitutun direktoru, akademik İsa Həbibbəyli, şöbə müdiri, professor Şirindil Alışanlı və mən Elçinin yaradıcılığından söz açdıq. Tamaşadan sonra Elçin müəllim aktyorlara və Ədəbiyyat İnstitutunun kollektivinə təşəkkür etdi.

Elçin müəllimlə bağlı mətbuatda işıqlandırılmayan bir məsələdən də söz açmaq istərdim. İraqın səfiri, əslən Kərkükdən olan Fərrux Davud Salmanın köməyi ilə 1994-cü ilin sentyabr ayında İraqda Füzulinin 500 illik yubileyinin keçirilməsi planlaşdırılırdı. Lakin aprel ayının əvvəllərində Fərrux Davud Salman məni səfirliyə dəvət edib dedi ki, başda ABŞ olmaqla, bütün qərb dövlətləri İraqa blokada elan etdiyindən ölkədə vəziyyət çox ağırdır. Ona görə də bəzi ölkələrdə, o cümlədən də Azərbaycanda səfirliyin bağlanması gündəmdədir. Lazımi yerlərə xəbər verin. Vaxt itirmədən Baş nazirin müavini Elçin Əfəndiyevin yanına getdim. Çox məyus oldu. Füzulinin yubileyinin İraqda keçirilməsi pozula bilərdi. "Zəngimi gözlə" - dedi. Səhərisi gün Elçinin katibəsi zəng edərək dedi ki, Elçin müəllim sizi gözləyir. Məlum oldu ki, dövlət bu işə qarışa bilməz. Məsləhət görüldü ki, ziyalılarımız İraqın prezidentinə məktub ünvanlasın. Elə də etdik. Məktubu Elçin müəllimə təqdim etdim. Səhərisi gün məktubu götürəndə gördüm ki, bir cümlə əlavə olunub: "Bizə məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlər, ədəbi-mədəni-dini təşkilatlar Səfirliyin fəaliyyətini davam etdirməsi üçün maddi kömək göstərməyə hazırdır".

Bu cümlənin təsiri göz qabağında idi.

İraq Respublikasının prezidenti Səddam Hüseynə ünvanlanan, nəticəsi uğurlu olan tarixi məktubu aşağıdakı ziyalılarımız imzalamışdı: Mikayıl Abdullayev, Anar, Vaqif Aslanov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Ayaz Vəfalı, Yaşar Qarayev, Tofiq Quliyev, Vasim Məmmədəliyev, Bəkir Nəbiyev, Kamil Nərimanoğlu, Qəzənfər Paşayev, Nurəddin Rzayev, Sabir Rüstəmxanlı, Eldar Salayev, Nəbi Xəzri.

İraq prezidentinə ünvanlanan tarixi məktubla tanışlıq və ətraflı məlumat üçün (bax: Q.Paşayev. Azərbaycan-İraq türkman ədəbi əlaqələri: ayrılığın sonu. Bakı, 2025, s.81-83).

Yeri gəlmişkən, 1994-cü ilin sentyabrında İraqa Füzulinin 500 illik yubileyinə gedən 128 nəfərdən ibarət nümayəndə heyətinə Elçin müəllim rəhbərlik edirdi. Elçin cəsarətli, qorxmaz adam imiş. İraqdan qayıdanda 800 km. artıq yol gedərək Təbrizi görmək arzusu ilə Elçin müəllimə müraciət etdik. Çoxumuz Təbrizi görməmişdik. Farslar deyirdilər ki, dağların arasından keçəndə kürdlər sizi gülləbaran edəcəklər.

Elçin müəllim arzumuzu gözümüzdə qoymadı və 127 nəfərin ehtiramını qazandı.

Elçin haqqında təəssüratım və düşüncələrim bir dünyadır. Mən o xoşbəxt oxuculardanam ki, mənə bir çox görkəmli qələm sahiblərinin əsərlərini 70 ildən artıq zaman kəsiyində izləmək nəsib olub. Onlardan biri də 60-cıların ən ümdə nümayədələrindən biri, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Elçin Əfəndiyevdir. Elçin ədəbi prosesə daim müdaxilə edən, onu istiqamətləndirən görkəmli ədəbiyyatşünas alim idi.

Elçinin bədii əsərləri qeyri-adiliyi ilə seçilir. Nə gizlədim, Elçinin əsərlərindəki gözlənilməzlik, qeyri-adilik bəzən mənə qəribə görünüb. Elə bu qəribəlik də həmişə marağıma səbəb olub.

Yazıçının səhnəyə qoyulmuş "Poçt şöbəsində xəyal", "Ah, Paris, Paris!", "Dəlixanadan dəli qaçıb" və ya "Mənim sevimli dəlim", "Mən sənin dayınam", "Mənim ərim dəlidir", "Teleskop", "Şekspir" və "Cəhənnəm sakinləri" pyeslərinə maraqla baxmışam. "Teleskop" əsəri o qədər xoşuma gəlib ki, teatrşünas olmasam da, ona "Teleskopdan görünən dünyamız" adlı rəy yazmışam.

Elçin çox sevdiyim yazıçılardandır. Onun sadəliyi, təvazökarlığı çoxlarına örnək idi. Görkəmli yazıçı son dövrlərdə yazdığı "Baş" romanının əlyazmasını oxuyub geniş bir rəy yazdım. Elçin müəllim məsləhət gördü ki, rəyimi mətbuatda çap etdirim. Elə də etdim: "Xalq yazıçısı Elçinə açıq məktub" ("Baş" romanı ətrafında düşüncələr) adlı yazım "Ədəbiyat qəzeti" və "525-ci qəzet"də işıq üzü gördü (31.10.2015).

Elçinin "Sosrealizm bizə nə verdi" əsəri mətbuatda çap olunanda əsər mənə o qədər dərin təsir etdi ki, münasibətimi "İtirdiklərimiz və qazandıqlarımız" adlı məqalə ilə bildirdim (bax: "Ədəbiyyat qəzeti", 17.12.2010).

Elçin elm aləmində folklorumuzun dərin qatlarına enə bilən tədqiqatçı kimi də tanınır. Onun "Dədə Qorqud aliliyi", "Klassik aşıq yaradıcılığında "Dünya obrazı" monoqrafiyaları, "Arazam Kürə bəndəm" elmi-publisistik əsəri, kökləri folklordan qidalanan "Mahmud və Məryəm" romanı folklorçuların ciddi marağına səbəb olan əsərlərdir.

Bilmək maraqlıdır ki, iraqlı soydaşlarımız arasında sazla çalınıb-oxunan (Telafər bölgəsində) yeganə dastan "Əsli-Kərəm" dastanıdır.

Maraqlı olacağını nəzərə alaraq Dr.Əbdüllətif Bəndəroğlu "Mahmud və Məryəm" romanını 2007-ci ildə Kərkükdə mənim "Elçinin sənət dünyası" adlı ön sözümlə çap etdirdi.

Mən isə Bakıda "Elçinin folklor dünyası" adı altında: Elçinin nağıl dünyası", "Kərəm yanğısı ilə", "Aşıq poeziyasının açılmamış qatı", "Ədəbi abidəmiz, müdriklik məktəbimiz", "Yazılı və şifahi ədəbiyyatımız haqqında düşüncələr", "Sənət zirvəsində bərqərar olan filosof-aşıq", "İkiyə bölünmüş ürəyin həsrət nəğmələri" məqalələrini yazdım.

Bütün məqalələrimi toplayaraq "Elçin haqqında düşüncələrim" (Bakı, 2013, 144 səh; Tehran, 2014, 154 səh. ərəb əlifbası ilə Azərbaycan dilində) kitabımı çap etdirdim.

Bütün bunları sadalamaqda məqsədim unudulmaz yazıçımız Elçinin şəxsiyyətinə və yaradıcılığına məhəbbətimi izhar etməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see312

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see271

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see226

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see170

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see146

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri