Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

Kolbasalardan niyə dəmir parçası çıxır? AÇIQLAMA

Kolbasalardan niyə dəmir parçası çıxır? AÇIQLAMA

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər ictimaiyyətin diqqətini çəkən və sosial mediada geniş müzakirələrə səbəb olan məsələlərdən biri də kolbasa məhsullarında dəmir parçalarının aşkarlanmasıdır. Bu məsələ ciddi narahatlığa və istehsalat şəraiti ilə bağlı suallara yol açıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, “SAB” və “Zəhmət-Ruzi” eyni firmadır:

“2013-cü ildə ABŞ İnkişaf Agentliyi Ümumdünya Ticarət Təşkilatına daxil olması ərəfəsində Azərbaycanda layihə həyata keçirdi. Bizə təklif verildi ki, Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanı təsis olunsun. Belə bir nişan təsis olundu, dövlət orqanlarında qeydiyyata alındı, beynəlxalq ekspertlərlə birlikdə həmin müəssisədə monitorinqlər keçirildi və "Zəhmət-Ruzi" və yaxud "SAB" müəssisəsinə həmin nişan təqdim olundu. Yəni ekoloji təmiz, təhlükəsiz qida məhsulu istehsal etdiyi üçün hazırda həmin nişan onların süd məhsullarının üzərində var. Çox təəssüflər olsun ki, ildə bir dəfə keçirilməli olan monitorinqlər aparılmadı”.

E.Hüseynov həmin kolbasaların istehsal olunduğu müəssisədə metal detektor olduğunu söyləyib:

“Bütün mallar həmin metal detektordan keçirilir. Əgər orada ən kiçik metal hissəsi olsa, o məhsul kənara qoyulur və texnologiya üzərində ciddi nəzarət aparılır. Vaxtilə məlum olmuşdu ki, həmin müəssisədə bu cür hadisələrin baş verməsi müəssisənin özündən qaynaqlanmır. Belə hallar daha çox rəqabətdə olan müəssisələrin təxribatı və ya işdən çıxarılmış şəxslərin fəaliyyəti ilə əlaqələndirilir. Ümumiyyətlə, texnologiya elə qurulub ki, kolbasa istehsalı zamanı onun qabığının içərisinə əlavə nəsə salmaq mümkün deyil. Amma çox təəssüf ki, bu cür hallara rast gəlinir”.

Ekspert bildirib ki, illərdir ki, Azad İstehlakçılar Birliyinə buna bənzər şikayətlər daxil olur:

“Məsələn, çörəyin içərisindən tük çıxması ilə bağlı. Araşdırmalar nəticəsində məlum olub ki, bir qrup şəxs qadın saçı və ya at tükünü iynədən keçirərək çörəyin içindən salır, sonra isə çörəyi sıxaraq tükü içəridə gizlədir. Daha sonra bunu sübut kimi istifadə edərək sahibkarlardan pul tələb edirlər. Biz bu qrup şəxsi ifşa etdik və bu hallara son qoyuldu. Texnologiya imkan vermir ki, məhsulun içərisindən dəmir və ya digər yad cisim çıxsın. Bu, birmənalı müəyyən adamların işidir. Təəssüf ki, "SAB" rəhbərliyi bu məsələyə aydınlıq gətirmir və susmaq mövqeyi nümayiş etdirir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 Aprel 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see339

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see281

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see246

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see242

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see236

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see235

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see226

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see226

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see217

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see217

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see205

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see205

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see204

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see202

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see200

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see196

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see188

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri