Icma.az
close
up
RU
Kolit yoğun bağırsağın iltihabı

Kolit yoğun bağırsağın iltihabı

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kolit çox yayılmış xəstəlikdir. Bu xəstəlik zamanı yoğun bağırsağın divarları iltihablaşır.

Kolit kəskin və xroniki formalarda keçə bilər. Kəskin kolitin inkişafına salmonella, streptokokklar, stafilokokklar, dizenteriya  və s. mikroorqanizmlər səbəb ola bilər.

Kəskin kolit zamanı insanı qarında kəskin spazmlar və ya dartıcı ağrılar, meteorizm, qarında qurultu kimi simptomlar narahat edir, hərarət 38 C kimi qalxa bilər, xəstə ümumi zəiflik hiss edir, iştaha ya heç olmur ya da kəskin azalır. Xəstədə ishal ola bilər, ishal zamanı selik və qan ifraz olunur. Kəskin kolit vaxtında müalicə olunmadıqda xroniki formaya keçir. Xroniki kolit müalicəyə çox çətin tabe olur.

Xroniki kolit zamanı simptomlar az ifadə olunmuş olur, kəskinləşmə zamanı meydana çıxır. Xroniki kolitin əsas simptomu qəbizliklə ishalın kəskin növbələşməsidir. Bundan əlavə xəstəni meteorizm (köp), qarının aşağı hissəsində küt ağrılar, ürəkbulanması, ağızda acı dad narahat edir. Xəstədə tez-tez baş ağrıları olur, işləmək qabiliyyəti azalır, insan daha tez yorulur. Nəzərinizə çatdıraq ki, kolitin bir çox simptomları həmçinin duz bağırsağın şişlərinə də xasdır. Bu səbəbdən belə simptomlar meydana çıxdıqdan dərhal sonra vaxt itirmədən həkimə müraciət edin.

Kolitin ikişaf etmə səbəbləri müxtəlif ola bilər:

- bağırsaq infeksiyaları, qurdlar,

- uzun müddət ərzində və xüsusilə nəzarətsiz olaraq dərmanların qəbulu (ilk növbədə antibakterial preparatların),

- disbakterioz (bağırsaqların mikroflorasının pozulması),

- allergiyalar,

- xroniki streslər,

- zəhərləmələr,

- yoğun bağırsaqda qan dövranın pozulması (adətən yaşlı insanlarda inkişaf edir) və s.

Vaxtında və düzgün şəkildə müalicə olunmayan kolit müxtəlif ağırlaşmalara səbəb ola bilər: susuzlaşma və intoksikasiya, avitaminoz, qanazlığı (daxili qanaxmalara görə - xorali kolit zamanı) və s. Xroniki kolit şiş xəstəliklərinin (o cümlədən, xərçəngin) riskini artırır.

Bu səbəbdən kolitin ilk simptomlarında dərhal həkimə müraciət edin, lazım olan müayinələrdən keçin və müalicə alın. Kolitin müalicəsi ilə proktoloq məşğul olur.

Müayinə zamanı həkim xəstənin qarnını əl ilə yoxlayır və orada ağrılı, zədələnmiş  sahələri müəyyən edir.

Bundan əlavə xəstəyə koproqramma (nəcisin analizi) təyin olunur. Kolit zamanı nəcisdə çoxlu miqdarda selik, leykositlər, qan (xoralı kolit zamanı) aşkar olunur.

Lazım olduqda həkim rektoromanoskopiya (düz bağırsağın xüsusi optik cihazla müayinəsi), irriqoskopiya (rentgen müayinəsi), kolonoskopiya (bütün yoğun bağırsağı  müayinə edir) kimi əlavə müayinələr təyin edir. Daha sonra həkim xəstəyə müalicə təyin edir.

Kolit zamanı qidalanma müalicəvi rol oynayır. Kolitdən əziyyət çəkən insanlar üçün yağlı, qızardılmış, duzlu, istiotlu qidalar, ədviyyatlar, süd, spirtli içkilər, qazlı sular, çiy meyvə və tərəvəzlər, göbələk, paxlalılar (noxud, lobya və s.), bulka, piroq, tort, dondurma əks-göstərişdir. Qida gün ərzində 5 dəfə kiçik porsiyalarla qəbul olunmalıdır. Qida isti və ya soyuq olmamalıdır, yumşaq olmalıdır, rasionda yağları miqdarını azaltmaq, zülalların isə artırmaq lazımdır.

Təbii vasitələr arasında kolitin müalicəsində çobanyastığı, adaçayı kimi otların dəmləmələri istifadə olunur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri