Icma.az
close
up
RU
Proktit düz bağırsağın iltihabı

Proktit düz bağırsağın iltihabı

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Düz bağırsağın (bağırsağın son hissəsi) əsas vəzifəsi həzm olunmamış qida qalıqlarının orqanizmdən xaric olunmasıdır.

Düz bağırsaq kiçik çanaqda yerləşir və hər tərəfdən piy toxuması ilə əhatə olunur. Düz bağırsağın divarları selikli qişadan və əzələlərdən ibarətdir ki, bu əzələlər nəcis kütlələrini itələtir.

Düz bağırsağın selikli qişası çoxlu miqdarda selik ifraz edir ki, bu selik nəcisin asan keçməsini təmin edir. Defekasiya (nəcisin ifraz etməsi) mürəkkəb refleksdir. Defekasiya aktında çoxlu sinirlər və əzələlər iştirak edir. Məhz bu səbəbdən düz bağırsağın selikli qişasında çoxlu sinirlər var.

Düz bağırsağın selikli qişasının iltihabı "proktit" adlandırılır. İltihab prosesinə piy toxuması qoşulduqda buna "paraproktit" deyilir. Proktit və paraproktit çox yayılmış xəstəliklərdir. Bu xəstəliklər müxtəlif yaşda insanlarda inkişaf edir.

Proktitin əmələ gəlmə səbəbləri müxtəlifdir:

- istiotlu, ədviyyatlı qidalardan, spirtli içkilərdən süi-istifadəsi,

- bəzi infeksion xəstəliklər (süzənək, sifilis, vərəm və s. infeksiyalar),

- xroniki qəbizliklər,

- parazitar xəstəliklər (qurdlar),

- müxtəlif travmalar (bədbəxt hadisələr, cərrahiyyə əməliyyatları, doğuş travmaları),

- anus hissəsinin çatları, babasil,

- digər mədə-bağırsaq sistemi xəstəlikləri (hepatit, xolesistit, pankreatit, qastrit, xora xəstəliyi, Kron xəstəliyi və s.).

Soyuqlamalar, tez-tez təkrarlanan infeksiyalar, immunitetin zəifləməsi, qonşu orqanların iltihabları, tez-tez təkrarlanan ishal və ya qəbizlik proktitin inkişafına təkan verə bilər.

Proktit kəskin və xroniki ola bilər. Kəskin proktit qəfildən başlayır. Xəstədə düz bağırsaqda kəskin ağrılar (defekasiya zamanı ağrılar güclənir), bədən hərarətinin yüksəlməsi, titrəmə, düz bağırsaqda ağırlıq və güclü yandırma hissi, düz bağırsaqdan qanlı və irinli ifrazatların olması kimi simptomlar inkişaf edir. Bu simptomları müşahidə etdikdə dərhal proktoloqa müraciət etmək lazımdır. Müalicə vaxtında başlandıqda xəstəlik tam müalicə olunur. Əks halda isə proktit xroniki formaya keçir.

Xroniki proktit kəskin proktitlə müqayisədə daha tez-tez təsadüf edilir. Xəstəlik gizli şəkildə inkişaf edir. Xəstəni uzun müddət ərzində heç nə narahat etmir və ya simptomlar çox cüzi olur.

Xroniki proktitin simptomları arasında:

- düz bağırsaqda zəif ağrılar,

- düz bağırsaqda yüngül qaşınma və yandırma hissi,

- düz bağırsaqdan daim selikli-irinli ifrazatlar,

- nəcisdə qan izləri (proktitin bəzi formalarında),

- bəzən arıqlama (proktit xərçəng xəstəliyi fonnda inkişaf etdikdə),

Xroniki proktit illər ərzində inkişaf edə bilər və çox cüzi simptomlarla ifadə olunur. Bu səbəbdən xəstələr həkimə müraciət etməyə tələsmir. Lakin bu səhv yanaşmadır. Xroniki proktitin fonunda çox ağır xəstəliklər və pozulmalar inkişaf edə bilər - iltihabın bağırsaq boyu yayılması, poliplər, şişlər, bağırsaq toxumasının irinli əriməsi. Bu səbəbdən xroniki proktit vaxtında aşkar olunmalı və müalicə olunmalıdır.

Proktitin müalicəsi ilə həkim proktoloq məşğul olur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri