“Komandanın durumu çox pisdi” Füzuli Məmmədov mingəçevirlilərə səsləndi
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məlum olduğu kimi, Ədəhim Niftəliyevlə yolları ayıran “Mingəçevir”in yeni baş məşqçisi Füzuli Məmmədovdu. Komanda cari mövsümdə 1-ci liqada qalmaq uğrunda mübarizə aparacaq.
“Football-plus.az” “nur şəhəri”nin yeni çalışdırıcısıyla əlaqə saxladı və bəzi məqamlar haqda fikirlərini öyrəndi. Mütəxəssis əvvəlcə təyinatıyla bağlı danışdı:
“Sirr deyil ki, komandanın durumu çox pisdi. 1-ci liqada qalmağın çətin olacağını bilirik. Heyət kasaddı. Son olaylardan sonra (danışılmış oyunlarla bağlı araşdırma nəticəsində həbs olunan futbolçuları nəzərdə tutur – red.) futbolçuların sayı daha da azaldı. Bütün bunlara rəğmən, təklifi qəbul etməyimin səbəbi aparılan müzakirələrdi. Danışıqlar zamanı elə detallardan bəhs edildi ki, hədəfə çatacağımıza inam yarandı. Gələcək vəd edən, uzunmüddətli planlar qurulub. Məşqçi korpusunda təcrübəli mütəxəssislər var. İnanıram ki, hədəfimizə çatacağıq”.
Füzuli bəy heyətlə bağlı ilkin fikirlərini də bölüşdü:
“Kasadlığı aradan qaldırmaq üçün bəzi oyunçularla danışıq aparırıq. Heyətdəki futbolçular da pis deyil. Sadəcə, ümumi performans yaxşılaşmalıdı. Sevindirici haldı ki, hər biri istəkli və əzmkardı. Məşqlərdə çox çalışırlar. Belə hallar məşqçilər korpusunun işə yanaşma tərzinə və motivasiyasına müsbət təsir edir”.
Füzuli bəy sonda mingəçevirli azarkeşlər haqda belə dedi:
“Bizə inandıqlarını hiss edirik. Artıq salamlaşmışıq. Hər məşqimizi xeyli mingəçevirli azarkeş izləyir. Əlimizdən gələni edəcəyik ki, ümidləri doğruldaq. Azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. “Mingəçevir”i hədəflərinə çatdırmaq bir-iki nəfərlə mümkün ola bilməz. Birlikdə olmalıyıq!”
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 24 Yanvar 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















