Icma.az
close
up
RU
Komandanın fiziki hazırlığı mən gələnə qədər ürəkaçan səviyyədə olmayıb

Komandanın fiziki hazırlığı mən gələnə qədər ürəkaçan səviyyədə olmayıb

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Premyer-liqanın 14-cü turunda “Səbail” evdə “Qarabağ”a 0:3 hesabı ilə məğlub olub.

“Football-plus.az” xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Cavid Hüseynov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- “Qarabağ”ı təbrik edirəm. Bizim üçün üzücü məğlubiyyət oldu. Düşünürəm ki, komandanın potensialı var. Yaxın gələcəkdə istədiyimiz nəticəni alacağıq. Heyətlə bağlı sıxıntılarımız var idi. Futbolçu kasadlığı yaşayırıq. Fiziki hazırlığımız o qədər də ürəkaçan olmadığı üçün 90 dəqiqə dözə bilmədik. Amma 70 dəqiqə yaxşı futbol oynadıq.
- Oyuna hazırlaşarkən futbolçulara əsas tapşırığınız nə idi?
- Heyət geniş olanda hansısa sistem dəyişikliyi edə bilərik. Futbolçu sayına görə bu gün sistemi bu cür qurduq. İkinci hissədə səhvlərə yol verdik. Çünki, komandanın fiziki hazırlığı mən gələnə qədər ürəkaçan səviyyədə olmayıb. Mən də 10 gündü buradayam. Qısa müddət ərzində bacardığım qədər fiziki durumu irəli aparmışam. Sistemi otuzdurmaq 1 həftənin, 10 günün işi deyil. Bunu başa düşürdüm. Bu oyun bizə nəyin üzərində daha çox işləməli olduğumuzu göstərəcək.
- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?
- İstəyərəm ki, məşqçilər korpusu geniş olsun. Fiziki hazırlıq məşqçimiz var. 4 gün öncə İspaniyadan dəvət etmişik. Bu il məqsədimiz premyer-liqada qalmaqdı. Qışda transferlərə ehtiyac var. Hücum mövqeyində çox əziyyət çəkirik. Meydana hücumçusuz çıxırıq.
- Özünüzü “Səbail” üçün nə dərəcədə faydalı hesab edirsiz?
- Məşqçilik karyeramda hansı uğurları əldə etdiyim futbol ictimaiyyəti üçün sirr deyil. Özümü çox hazır hiss edirəm. Hər zaman məqsədimə doğru idi addımlarla irəliləməyə çalışıram. Komandaya xeyir vermək üçün burdayam. “Turan Tovuz”da yerim rahat idi. Kurban Berdiyevin köməkçisi idim. “Səbail”in premyer-liqada qalması üçün əlindən gələni edəcəyəm.
- Bu bir neçə ay ərzində Kurban Berdiyevdən nə öyrəndiniz?
- Mənim öz ətrafımda olan insanlar da dedilər ki, bəlkə tələsməyəsən. Mən prinsipial insan olmuşam. 4 ay Kurban Berdiyevin yanında oldum. Bu, mənim üçün əla təcrübə idi. Çalışacam ki, bundan məşqçilik karyeramda istifadə edim. İnanmasaydım, burada olmazdım.
- Bilirik ki, 1-ci liqada mübarizə aparan “Cəbrayıl”ın təsisçisisiz. Bəs burda çalışdığınız müddətdə ora diqqət ayıra bilirsinizmi?
- Gəldiyim gündən səhər saat 10-dan bazada oluram. Gecə 11-də bazadan çıxıram, bəzən çıxmağa vaxtımız olmur. Oyun planında komandanı fiziki baxımından irəli aparmalıyıq. “Cəbrayıl” da yaxşı formalaşmış komandadı. Düzdü, oranın təsisçisiyəm. Amma hal-hazırda mən işimin başındayam. Bütün günümü “Səbail”ə ayırıram.
RÖYANƏ OĞUZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Noyabr 2024 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri