Icma.az
close
up
RU
“Kombi sistemi ləğv edilməlidir!” deyən deputata ağır cavab: “Onu deyən…” KONKRET

“Kombi sistemi ləğv edilməlidir!” deyən deputata ağır cavab: “Onu deyən…” KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Onu deyən şəxs nə danışdığını bilmir. Əvvəla, binalar az qala iç-içə tikilir. halbuki bir bina digər bina ilə müəyyən məsafədə olmalıdır. Allah eləməsin, zəlzələ olsa, bütün Bakı dağılacaq. Çünki binalar bir-birinin üzərinə yıxılacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə yenisabah-a kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda fəaliyyət göstərən qazanxanaların demək olar ki, hamısı bərbad vəziyyətdədir.

Xatırladaq ki, Milli Məclisin deputatı Rövşən Muradov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib ki, yeni tikilən binalarda sərt qaydalar olmalıdır. “Azərisitiliktəchizat” ASC-nin icazəsi olmadan bina tikintisinə başlanılmamalıdır.

Deputat xatırladıb ki, 2005-ci ildən tikilən binaların hamısında qazanxana var və fərdi kombilərdən istifadə israfçılığa gətirib çıxarır, buna görə də kombi sistemləri ləğv edilməlidir.

Mövzuya münasibət bildirən Nüsrət Qasımov qeyd edib:

“1950-ci illərin axırında Bakıda 9 ədəd qazanxana tikilmişdi. Onun 6-sı məhv olub, yerdə 3-ü qalıb. Təsəvvür edin, Dərnəgüldə su qızdırılır və 10 kilometrlərlə məsafə qət edir, sirkulizasiya edərək qayıdır. Həmin suyun getdiyi yarım metr diametrlik borularların hamısı demək olar ki, çürüyüb. Onların istismar müddəti 33 ildir. Borular korroziyaya uğrayıb.

Yağıntılar zamanı bəzən görürsən ki, kanalizasiya lyuklarından buxar qalxır. O həmin istilik üçün göndərilən sudur ki, deşilir və kanalizasiyaya tökülür”.

Ekspert yeni binalarda qazanxanaların inşasının qeyri-mümkün olduğunu bildirib:

“yeni binaların içərisində qazanxanaları harda və necə tikəcəksən?! Onun borusu binalardan hündürdə olmalıdır ki, dəm qazı gedib mənzillərə dolmasın. Troslarla həmin borular möhkəmlənməlidir. Bu absurd təklifdir və məntiqsiz adamın uydurmasıdır.

Kombi qənaətli cihazdır. 1 kubmetr qaz yananda 9.5 kubmetr hava lazım olur. Həmin hava qarışığı da kombinin daxilində gedir və dəm qazı olma ehtimalı azalır.

Sovet dövründə qazın 1 kubmetri 2 qəpik idi, indi isə 35 qəpiyə qaldırılıb. Üstəlik 3 cür qiymət qoyulub. 1200 kubmetrə qədər ayrı, 2000 kubmetrə qədər ayrı, 2000-dən yuxarı da başqa qiymət. Qiymət o zaman qaldırılır ki, keyfiyyət dəyişikliyi olsun. Keyfiyyətdə nə dəyişib?! Əksinə, keyfiyyət aşağı düşüb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Aprel 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri