Icma.az
close
up
RU
Kombiniz çöldədirsə, bu təhlükəyə hazır olun Mütəxəssisdən XƏBƏRDARLIQ

Kombiniz çöldədirsə, bu təhlükəyə hazır olun Mütəxəssisdən XƏBƏRDARLIQ

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Kombinin donmasının qarşısını almaq üçün ilk növbədə kombini açıq ərazidə qoymaq məsləhət deyil. Əgər kombi açıq ərazidə quraşdırılıbsa, mütləq kombi şkafı ilə üzəri örtülməlidir. Amma bu, kombinin heç vaxt donmayacağı anlamına gəlmir. Kombi özünü mənfi 15 dərəcəyə qədər qoruyur. Mənfi 15 dərəcədə hava çox soyuq olarsa, kombinin bəzi sensorlarında və işləməsində problem yarana bilər. Amma kombi şkafın içərisindədirsə və qış rejimində işləyirsə, belə halda işləməsində problem yaşanmır”.

Bunu “Yeni Sabah”a isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis Rəsul Allahverdiyev deyib. O bildirib ki, kombinin açıq ərazidə olmaması məsləhətdir:

“Kombi açıq ərazidə, məsələn, binanın həyətində və ya çöldə quraşdırılıbsa, həmçinin qış rejimində işləyirsə, çöldə də işləməlidir. Açıq şəkildə quraşdırılıbsa, kombidə problem yarana bilər. Çünki soyuq su xəttində su istifadə olunmadığı halda, məsələn, gecə və ya uzun müddət istifadə edilmədikdə, həmin su donaraq borunu partlada bilər. Ona görə də kombinin açıq ərazidə olmaması məsləhətdir. Əgər açıq ərazidə quraşdırılıbsa, mütləq şəkildə şkafın içərisində olmalıdır. Çünki kombi işlədikdə oradakı isti su xəttinin və soyuq su xəttinin də donmasına imkan verməmək lazımdır. pizza sifarişi

Əgər kombi donub və hər hansı detal sıradan çıxıbsa, müştəri özü heç nə edə bilməz. Yox, əgər sırf donubsa və detallarında hər hansı problem yaranmayıbsa, onu fenlə açmaq mümkündür. Ən yaxşı halda kombinin altındakı bağlantıları ayırmaq lazımdır. Üst hissənin özünün əriməsi daha yaxşıdır. Amma fenlə də tədricən qızdırmaq olar. Fenlə qızdırdıqca içəridəki buz əriyir və su axmağa başlayır. Bundan sonra kombidən istifadə etmək mümkündür.”

Mütəxəssis bildirib ki, kombi donubsa, onun yerləşdiyi yeri qapalı vəziyyətə gətirmək məsləhətlidir:

“Amma hansısa detal çatlayıbsa, müştəri özü müdaxilə etməməli, usta çağırmalıdır. Məsələn, ən çox çatlayan detala pompanın arxasındakı hissədə rast gəlinir. Həmin hissə donur, sıradan çıxır və su sızmağa başlayır. Bu halda artıq usta çağırılmalı, don açılmalı və zədələnmiş detal dəyişdirilməlidir.

Amma təkcə detalın dəyişdirilməsi ilə məsələ həll olunmur. Əgər xətt də donubsa, xəttin özü də açılmalıdır. Yəni kombini düzəltsəniz belə, xətt açıq deyilsə, yenə də müştəri narahatlıq yaşaya bilər. Xətt açılana qədər gözləmək lazım gəlir. Məsələn, xətt çəkilibsə və metalın və ya başqa materialın altından keçirilibsə, həmin hissənin də donması mümkündür.

 Bu zaman müştərinin yanına gəlib yaranmış problemə baxmaq lazımdır. Kombi donubsa, onun yerləşdiyi yeri qapalı vəziyyətə gətirmək məsləhətlidir. Ən yaxşı variant budur. Həm qış gələndə bunun üçün daha rahat olur, həm də kombinin daha çox zədələnməsinin qarşısı alınır.

 Bundan sonra, hava yenə də uzun müddət soyuq olarsa və donma davam edərsə, daha çox problem yarana bilər”.

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Sentyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri