Icma.az
close
up
RU
Kombiniz işləmirsə, bunu mütləq yoxlayın

Kombiniz işləmirsə, bunu mütləq yoxlayın

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Ustanın fikrincə, kombi tez-tez xarab olursa, hər dəfə usta çağırmaq əvəzinə, dəyişmək daha münasibdir: "Hər detalın istifadə müddəti var. Artıq xarab olduqda dəyişilməlidir. Konkret "kombi bu qiymətə təmir olunur" demək çətindir. Təmir xərci 30-40 manat da ola bilər, 200-300 manat da. Bu, daha çox hansı detalın sıradan çıxmasından asılıdır. Kombi 10 il heç bir problemsiz işləyə bilər. Amma tez-tez xarab olmağa başladısa, köhnəlmiş hesab olunur. O halda yenisini almaq daha məsləhətlidir. Bəzən yeni kombi alanda 40-50 litr antifriz tökürlər. Bu zaman kombinin ömrü daha da uzanır. Çünki paslanma vermir. Amma yalnız yeni sistem olmalıdır".

"Elə adamlar var ki, kombisini 10 ildir yumur"

K.Əliyev bildirdi ki, kombini ildə bir dəfə yumaq lazımdır: "Çünki suyun ərpindən asılı olaraq daşlaşa bilər. Qışda yumaq o qədər də əlverişli deyil. Kombi bütün qışı işlədikdən sonra onu aparat vasitəsilə və dərmanla yumalıyıq. Təzyiqini də vurduqdan sonra gələn qış mövsümü üçün hazır vəziyyətə gətiririk. Amma bizdə kombilər ildə bir dəfə yuyulmur. Ən tez üç ildə bir dəfə yuduzdururlar. Sonra tutulmalar baş verir, radiatorda dövriyyə kəsilir. İçindəki dövriyyə nasosu tutulur, su qatılaşır, çirklənir. Hətta elə adamlar var ki, kombisini 10 ildir yumur və hazırda aparat işləmir. İşləməsi üçün ona xidmət olunmalıdır. Kombinin yuyulma prosesini aparat olmadan insanlar özü edə bilməz. Yalnız kombinin içindəki suyu boşaldaraq yeni su doldura bilərlər. Yuyulma sistemi ən çox radiatorlar üçün vacibdir. Onların içində maksimum üç litr su var. Çünki su ötürücülər çox nazikdir. Uzun müddət yuyulmadıqda onlar tutulurlar. Beləliklə, radiator normal qızdıra bilmir".

Kombi ağıllı cihazdır

Müsahibimiz kombinin saxlanma şəraitindən də danışdı: "Kombini balkonda şkafda saxlamaq lazımdır. Çünki bu cihazlar çöldəki tozdan da xarab ola bilir. Kombi söndükdə, əgər hava şaxtalı olarsa, içində su donur, belə olan halda bəzi detallar partlayır. Bu səbəbdən qapalı yerdə olması daha yaxşıdır. Kombinin yeri quru olmalı, nəm çəkməməli, ora yağış düşməməlidir".

Mütəxəssisin fikrincə, kombidə təhlükə azdır: "Çünki ağıllı cihazdır. Hər hansı bir problem baş verdikdə özü avtomatik olaraq sönür. Boruları da çöldə yerləşdiyi üçün təhlükəsizdir. Kombidə hava çatışmazlığı, zəhərli qaz olsa, avtomatik özünü bloklayır. Kombi heç vaxt qaz buraxmır. Sızıntı olsa dərhal sönür".

Tez-tez söndürmək olmaz

K.Əliyevin sözlərinə görə, bəzən insanlar kombini hər gün söndürüb yandırırlar. Amma bu, düzgün deyil. Kombini tez-tez söndürmək olmaz: "Sadəcə, evdə olmadıqda dərəcəsini azaltmaq olar. İnsanlar elə bilir ki, bununla qənaət etmiş olurlar. Amma əslində soyuyan evin yenidən qızması daha böyük enerji tələb edir. Çalışsınlar, evin temperaturunu hər zaman qoruyub saxlasınlar. Ən doğru variant kombinin qış boyu davamlı yanmasıdır. Kombini qoşduqda yalnız təzyiqinə baxmaq lazımdır. Təzyiq 1,5-2 arasında olmalıdır. Əgər təzyiq aşağı düşərsə, cihaz avtomatik özünü söndürür".

"Suyu ilıq etmək istəyirik, amma soyuyur"

Usta vətəndaşların kombi ilə bağlı ən çox şikayət etdiyi mövzuya da aydınlıq gətirdi: "Yay rejimində kombini söndürürlər. İşlətmədikdə radiatoru bağlamaq olar. Dövriyyəni kəsməyin kombi üçün heç bir mənfi tərəfi yoxdur. Yalnız isti və soyuq su üçün istifadə edirsən. Bəzən insanlar yay rejimində suyun tez-tez soyumasından şikayət edirlər. Amma onun işləmə mexanizmini bilmirlər. Su qaynar gəldikdə soyuq suya doğru çevirirlər. Lakin belə olduqda təzyiq azalır və kombinin içərisində qaynama prosesi baş verir. Qaynama olduqda kombi avtomatik sönür və su soyuyur. Bu hal baş verməməsi üçün temperaturu kombi üzərindən nizamlamaq lazımdır. Suqızdırıcı cihazlardakı kimi tənzimləmək olmaz. Krant yalnız bir istiqamətdə işləməlidir".

"Kaspi" qəzeti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri