Icma.az
close
up
RU
“Komedixana”nın ulduzu, Xalq artistinin oğlu: Əslində atası onu…

“Komedixana”nın ulduzu, Xalq artistinin oğlu: Əslində atası onu…

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

2019-cu ildən “Xəzər” telekanalında yayımlanan “Komedixana” layihəsi illərdir izləyicilər tərəfindən sevilir. Layihənin ulduzları isə tamaşaçıların daim diqqət mərkəzindədir.

Bəs “Komedixana”nın parlaq ulduzlarından olan aktyor Cavidan Novruz kimdir?

Yenisabah.az musavat.com-a istinadən xəbər verir ki, aktyorun dosyesini təqdim edir.

Cavidan Novruz 12 fevral 1987-ci ildə Bakı şəhərində, Xalq artisti Ramiz Novruzun ailəsində anadan olub. Səbail rayonu 7 nömrəli orta məktəbi 2005-ci ildə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram-kino aktyorluğu fakültəsinə Xalq artisti Kamal Xudaverdiyevin kursuna qəbul olub. Universiteti 2009-cu ildə bitirib.

Hazırda aktyorluqla yanaşı, müğənnilik edən Cavidan ifaçılığına atasının razı olmadığını müsahibəsinin birində bu sözlərlə ifadə etmişdi:

“Atam evdən çıxanda deyirdi ki, birdən çaşıb “Azəri Star”a, “Yeni Ulduz”a gedərsən, məni biabır etmə. Deyirdim ki, elə şey yoxdur. Mənə deyirdi ki, otur yerində, bayağı müğənnilərin sayını artırma”.

Aktyor iki dəfə “Komedixana” komandasına qatılsa da, onun yolu hər zaman yarımçıq qalıb. Komandadan ilk ayrılığı Ənvər Abbasovla arasında olan anlaşmazlıq səbəbindən olub:

“May ayının 25-26-da Sumqayıtda konsert verməli idik. 25 may atamın ad günü idi. Onun vəfatından sonra ilk dəfə Akademik Milli Dram Teatrında atam üçün xatirə gecəsi keçiriləcəkdi. Düşündüm ki, atama həsr olunan bu tədbirdə oğlu olaraq iştirak etməliyəm. “Komedixana”nın layihə rəhbərinə də zəng edib məsələni bildirdim. Amma atamın xatirə gecəsində iştirak etməyimə icazə vermədi, dedi ki, mümkün deyil.

Bu hadisədən sonra aramızda heç bir müqəddəs bağ qalmadı. Həmin an hər şeyi bitirdim. Amma düşmənçiliklə yox, dostluqla ayrıldım”.

Cavidan bir neçə ay sonra Ənvər Abbasovdan üzr istəyərək komandaya qayıtsa da, onun fəaliyyəti uzun çəkməyib.

Cavidan Novruz hazırda atasının yazdığı hekayələrdən birinə film çəkir. O, bu haqda sosial media hesabında məlumat yayıb:

“Atam, mərhum Xalq artisti Ramiz Novruzun 70 illiyidir! Bu münasibətlə atamın kitabını çıxarıram və qələmə aldığı çox gözəl bir hekayənin filmini çəkirəm. Artıq çəkilişlərə başladıq. Gözəl bir iş ərsəyə gətirəcəm ki, ruhu şad olsun. Nə qədər nəfəsim gəlirsə, mən bu insanı yaşadacağam.

Bir övladı kimi borcum nədirsə, onu edirəm. Yanımda olan hər kəsə təşəkkür. Xüsusilə aktyorlar, Əməkdar artistlər Anar Heybətov və Məsmə Aslanqızı, çalışdığım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına təşəkkür edirəm. Baş rolun ifaçısı Ramiz Novruzun nəvəsi Turan Novruzdur”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 May 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri