Icma.az
close
up
RU
“Komendant pulu” ləğv olunur: Pul yığımına dövlət nəzarəti gəlir

“Komendant pulu” ləğv olunur: Pul yığımına dövlət nəzarəti gəlir

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycanda daşınmaz əmlak sektorunun ən həssas yerlərindən biri – binaların idarə olunması və kommunal xidmət haqlarının yığılması məsələsi yenidən gündəmə gəlib. Onilliklərdir davam edən tikinti bumu paytaxtın simasını dəyişsə də, həm “köhnə”, həm də “yeni” binaların idarəetmə modelində ciddi xaos hökm sürür.

Sovet dövründə inşa edilmiş binalarda vəziyyət ziddiyyətlidir. Rəsmi olaraq 2009-cu ildən Mənzil Kommunal İstismar Sahələri (JEK) ləğv edilsə də, faktiki olaraq bu qurumlar hələ də mənzil haqlarını yığmaqda davam edirlər. Sakinlər lift, təmizlik və zibilin daşınması üçün mütəmadi ödəniş etsələr də, real mənzərə çox vaxt ürəkaçan olmur.

Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən idarə olunan binalarda isə “komendant pulu” termini sakinlərin ən çox şikayət etdiyi mövzudur. Burada kommunal xidmət haqları (lift, mühafizə, işıqlandırma və s.) çox vaxt vahid tarif olmadan, binadan binaya dəyişən subyektiv qiymətlərlə yığılır. Hesabatlılığın olmaması, mənzil sahiblərinin idarəetmədə iştirak edə bilməməsi və ödənişlərin bəzən “ayrı-seçkilik” prinsipləri ilə yığılması sakinlərin narazılığını artırır.

KONKRET.az bildirir ki, bu idarəetmə böhranı və qanunvericilikdəki boşluqlarla bağlı modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov mövcud vəziyyəti tənqid edib.

“Bina və komplekslərdə ümumi istifadədə olan lift, su nasosu, işıqlandırma, mühafizə və s. kimi ümumi istifadə olunan xidmət və invertarların idarə olunmasında yeni qanunvericilik yanaşması tətbiq olunmalıdır”.

Onun sözlərinə görə, sakinlərin MMMC yaradaraq binanı idarəetmək üçün təşkilatlanması mexanizmi hazırkı şəraitdə işlək deyil:

“Qonşuların yaratdığı müştərək cəmiyyətlər mülki məcəllə ilə tənzimlənsə də yenə mexanizm fayda vermir. O zaman hər hansı problemin həlli üçün məhkəməyə müraciət olunmalıdır. Aylarla çəkən məhkəmə prosedurunu gözləmək məntiqə uyğun deyil. Hansısa kiçik binada qonşular bir-birlərinə yaxın olduqları üçün bu mümkün ola bilər. Amma yaşayış komplekslərində insanlar tanış da deyillər. Kimdənsə pul istəmək çətin məsələdir. Hətta bilərəkdən ödəniş etməyənlər olur. Mənzil Tikinti Kooperativləri (MTK) də düzgün işləmir. Öz tanıdıqları adamları mənzil satırlarsa, əlbəttə, onlardan kommunal xidmət haqqı almayacaqlar. Nəticədə digər qonşuların ödənişləri çoxalır”.

Qanunvericilikdəki prosedurların ağırlığına toxunan millət vəkili alternativ model təklif edir:

Komitədə təklif verəcəm. Kommunal xidmət ödənişlərinin yığılması və xidmətin göstərilməsi üçün vahid publik hüquqi şəxs yaradılması məqsədəmüvafiqdir. Belə olan halda inzibati məsuliyyət vətəndaşı məcbur edəcək ki, vaxtında ödəniş etsin”.

Rövşən Muradov köhnə binaların idarəçiliyi və bələdiyyə institutunun zəifliyi barədə də faktları xatırladıb:

“O ki qaldı sovet dövründə inşa edilmiş binalara, onlara hələ Mənzil Kommunal İstismar idarələri baxır. İdarənin yığdığı vəsaitə nəzarət mexanizmi isə yoxdur. Ümumiyyətlə “JEK” adlandırılan qurumlar 2009-cu ildən ləğv edilib. Az sayda qalanlar hansısa kabinetlərin xətti ilə mövcuddur. Ölkədə bələdiyyə də özünü doğrultmadı. Qanunvericilklə yaşayış zonalarında bəzi xidmətlər – binaların fasadının təmiri, təmizlik kimi işlər bələdiyyə orqanlarının vəzifə borcuna aiddir”, – deputat deyib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Yanvar 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri