Icma.az
close
up
RU
Komitə sədri: Azərbaycanın gələcəyi bilik iqtisadiyyatında, texnologiyada və yaşıl enerjidədir

Komitə sədri: Azərbaycanın gələcəyi bilik iqtisadiyyatında, texnologiyada və yaşıl enerjidədir

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

2026-cı il dövlət büdcəsi ilk növbədə, dövlət başçısının müəyyən etdiyi əsas prioritetlərin dayanıqlı iqtisadiyyatın, sosial rifahın, təhlükəsizliyin və çevik idarəetmənin maliyyə təminatını reallaşdırır.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədri deyib ki, konseptual olaraq Azərbaycanın keçdiyi yola, yeni dünya düzənində enerji və iqtisadi transformasiyanın mahiyyətinə, 2026–2029-cu illəri əhatə edən büdcə arxitekturasına və strateji yol xəritəsinə nəzər salmaq istərdim.

“Ölkəmiz artıq “resurslara əsaslanan dövlət” modelindən “imkanlar yaradan dövlət” modelinə mərhələli şəkildə keçərək, təkcə neft gəlirlərinin bölüşdürülməsi ilə məhdudlaşmır, əksinə, investisiya axınlarını strateji istiqamətlərə yönəldən, innovasiya və modernizasiyanı stimullaşdıran, iqtisadiyyatın yeni inkişaf fəlsəfəsini formalaşdıran aparıcı dövlət aktoruna çevrilir.

Prezident İlham Əliyev bu mərhələni belə xarakterizə edir ki:
“Biz neftdən asılılığı azaltmalı, qeyri-neft sahələrini əsas inkişaf xəttinə çevirməliyik. Azərbaycanın gələcəyi bilik iqtisadiyyatında, texnologiyada və yaşıl enerjidədir. Əgər bu gün biz post-neft dövrünə hazırlaşmasaq, sabah gec olacaq”.

Qlobal enerji sistemi artıq köhnə məntiq üzrə fəaliyyət göstərmir: OPEC-in hesabatlarında enerjiyə təlabat 2050-ci ildə daha çox, yəni 85% artacağı göstərilir. 

Bu kontekstdə bərpa olunan enerjiyə keçid sürətlənir, OPEC və digər beynəlxalq təşkilatlar neft tələbatının sabitləşdiyini bildirirlər, karbon emissiyalarının azaldılması siyasətləri sərtləşir, yeni enerji dəhlizləri formalaşır, geosiyasi güc balansları dəyişir.

Bir məqamı da qeyd etmək istərdim ki, bu gün enerji yalnız iqtisadi resurs deyil, həm də diplomatik təsir və strateji təhlükəsizlik aləti kimi çıxış edir.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu son illərdə daha da güclənib. Yaşıl enerjiyə keçidlə bu daha da artacaqdır.

Qlobal iqlim çağırışları fonunda Azərbaycan enerji siyasətinin əsas sütunlarından biri– yaşıl enerji transformasiyasını daha da sürətləndirilməlidir”, - o qeyd edib.

Deputat hesab edir ki, bu tədbirlər həm ekoloji dayanıqlığı, həm də enerji keçidini daha sürətli və iqtisadi cəhətdən faydalı edə bilər.

“Sonda təmsil etdiyim Salyan rayonundakı bir neçə problemi də çatdırmaq istərdim. Belə ki, 7 yeni məktəbin tikilməsinə, 17-sini isə əsaslı təmirinə, o cümlədən Qarabağlı-Qaraçala-Kürsəngi 27 km-lik yolun təmirinə çox böyük ehtiyac var”, - o vurğulayıb.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Noyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri