Icma.az
close
up
RU
Komitə sədri: Gender bərabərliyinin möhkəmləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldə olunub

Komitə sədri: Gender bərabərliyinin möhkəmləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldə olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 may, AZƏRTAC

Son dövrlərdə gender bərabərliyi sahəsində müsbət dinamika müşahidə olunur. Qadınların idarəetmə və qərar qəbuletmə proseslərində iştirak səviyyəsi artıb. Bu, qadınların ictimai və siyasi həyatda daha fəal təmsil olunmasının göstəricisidir. Qanunvericilik bazasında da gender bərabərliyini təşviq edən bir sıra dəyişikliklər olunub. Xüsusilə əmək münasibətlərində qadınların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Qadınların kişilərlə bərabər şəkildə müxtəlif işlərə cəlb edilməsi zamanı onların razılığı nəzərə alınır. Bayram və istirahət günlərində qadınların işə cəlb edilməsi yalnız onların yazılı razılığı ilə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatı”nı şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Əmək pensiyaları sahəsində də müvafiq islahatlar aparılıb: “Qanunvericiliyə əsasən, həm qadınlar, həm də kişilər yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər. Bununla yanaşı, qadınların iş yerlərində təhlükəsiz şəraitdə çalışması üçün hüquqi və texniki təminatlar yaradılıb. Qadınların gender əsaslı və məişət zorakılığına məruz qalmasının qarşısının alınması da dövlət siyasətinin əsas istiqamətlərindən biridir. 2010-cu ildə qəbul edilmiş "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun bu sahədə mühüm hüquqi baza formalaşdırıb. Bu qanun çərçivəsində ötən illər ərzində bir sıra dəyişikliklər həyata keçirilib, qanunun icra mexanizmləri təkmilləşdirilib və aidiyyəti dövlət qurumlarının səlahiyyətləri genişləndirilib”.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində qadınların cəmiyyətdə rolunun artırılması, onların hüquqlarının qorunması və gender bərabərliyinin möhkəmləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldə olunub. Bu proses davam edir və dövlətin bu sahədə siyasəti qadın və kişi vətəndaşların cəmiyyətdə bərabər iştirakını təmin etməyə yönəlib”, - deyə H.Hüseynova əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri