Komitə sədri: Keçmiş məcburi köçkünlər 28 yaşayış məntəqəsinə qayıdıb
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
“İndiyədək keçmiş məcburi köçkünlər 6 şəhər daxil olmaqla, region üzrə 28 yaşayış məntəqəsinə qayıdıb”.
Gununsesi.info xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, artıq 50 mindən çox insan post-münaqişə azad olunmuş ərazilərdə yaşayır, işləyir və təhsil alır: “Son 4 ildə biz əhəmiyyətli nailiyyətlər qazanmışıq. 3 yeni beynəlxalq hava limanı, yeni dəmir yolu infrastrukturu, mənzil, səhiyyə müəssisələri və təhsil ocaqlarının inşası tamamlanıb. Azad edilmiş ərazilər zəngin bərpa olunan enerji potensialına malikdir və rəsmi olaraq “yaşıl enerji zonası” elan olunub. 4 ildən az müddətdə istifadəyə verilmiş 38 su elektrik stansiyası 620 min ton karbon emissiyasının azalmasına səbəb olub. Günəş və külək enerjisi layihələri inkişaf etdirilir”, – Anar Quliyev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 22 Sentyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















