Komitə sədri: Kifayət qədər nəzarət etmirlər, məktəblərin yaxınlığında siqaret satırlar
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Elektron siqaretlərin qadağan olunması bizi gələcəkdə gözləyən daha böyük təhlükələrin bəri başdan önlənməsinə xidmət edən profilaktik addım kimi olduqca əhəmiyyətlidir.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə 3 komitənin birgə iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, tütün məmulatları, tütün məmulatlarının istifadəsinin məhdudlaşması, onun reklamının qadağan olunması haqqında bizim bir neçə qanunlarımız var:
"Təəssüflər olsun ki, qanunlarımız kifayət qədər hüquqi cəhətdən əsaslandırılmış və mükəmməl qanun olsa da, onun işləməsi haqqında bu sözləri deyə bilmirik. Xüsusilə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunumuz demək olar ki, işlənilmir. Qanunun işləməsinə nəzarət edən qurumlar da bu nəzarəti kifayət qədər aparmırlar. Məktəblərin lap yaxınlığında köşklər qoyulub və siqaretlər satılır. Hətta dənə-dənə satılır. Bunlar hamısı qanunun ciddi şəkildə pozulmasıdır".
Mürtəza
Baxış sayı:100
Bu xəbər 16 Dekabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















