Icma.az
close
up
RU
Komitə sədri: Xalqımızın təfəkküründə, tarixi yaddaşında başqalarına dözümsüzlük kimi bir anlayış yoxdur AZƏRTAC

Komitə sədri: Xalqımızın təfəkküründə, tarixi yaddaşında başqalarına dözümsüzlük kimi bir anlayış yoxdur AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan, 30 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, tolerantlıq, multikulturalizm, inanclara, milli-mənəvi dəyərlərə, mədəni irsə hörmət bizim cəmiyyətimizin həyat tərzidir. Azərbaycan xalqı başqalarının dəyərlərinə, adət-ənənələrinə, irsinə hörmətlə davranmağın alternativini sadəcə təsəvvür edə bilmir. Xalqımızın təfəkküründə, tarixi yaddaşında başqalarına dözümsüzlük kimi bir anlayış yoxdur. Etnik və dini müxtəliflik ayırıcı xətt deyil, birləşdirici, qarşılıqlı dialoqu təşviq edən amildir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfransda söyləyib.

Komitə sədri qeyd edib ki, dövlət-din münasibətləri sisteminin üçüncü vacib elementi gələcəyə dair aydın və konkret baxışların mövcudluğudur. Tarixi təcrübə və ənənələr dünyagörüşünün formalaşmasında mühüm rola malikdir. Lakin fərqli etnik və dini kimliklərin daşıyıcısı olan sosial qrupların, icmaların öz gələcəyi barədə təsəvvürlərinin bir-birini inkar etməməsi çox vacib şərtlərdən biridir. Dini inanc və etnik mənsubiyyətindən asılı olmayaraq, əgər onların hamısı öz gələcəklərini vahid bir cəmiyyətdən kənarda təsəvvür etmirsə, bu, ideloji bütövlüyün, milli həmrəyliyin əlaməti kimi qəbul olunur. Kənar ideoloji müdaxilələrin belə toplumlarda parçalanma və qütbləşmə yaratmaq perspektivi məhduddur. Lakin bu, arxayınlaşmağa, bəzi mümkün və ehtimal olunan ideoloji təhdidləri görməzdən gəlməyə əsas vermir. Güclü dövlət həm də belə ehtimalları vaxtında aşkara çıxarmaq, proqnozlaşdırmaq, zəruri tədbirlər görmək üçün vacibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri