Icma.az
close
up
RU
Kommunal qurumlarda “Landmark”a “stop” qoyulub MÜDÜROĞLU AİLƏSİ BRİTANİYA HÖKUMƏTİNDƏN DƏSTƏK İSTƏYİB

Kommunal qurumlarda “Landmark”a “stop” qoyulub MÜDÜROĞLU AİLƏSİ BRİTANİYA HÖKUMƏTİNDƏN DƏSTƏK İSTƏYİB

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Bir müddət əvvəl Müstəqilliyimizin ilk illərində Azərbaycana sərmayə qoyan kiprli iş adamı Əfruz Sami Müdüroğlunun Azərbaycandakı varislərinin ölkədən qaçmasına dair xəbər vermişdik. 

Xatırladaq ki, həmin xəbərdə Müdüroğlu ailəsinin gəlini olan Dövlət Neft Fondu  icra direktorunun müşaviri Nərgiz Nəsrullayeva da həyat yoldaşı Eran Müdüroğlu  ilə birlikdə vətəndaşı olduqları Avropa ölkələrindən birinə getdiyi deyilirdi.

Buna səbəb isə “Landmark” Biznes Mərkəzinin sahibi olan Müdüroğlu ailəsinin Bakıdakı biznesi ilə bağlı yaranmış vəziyyət olub.

Bu arada Gununsesi.info-ya Müdüroğlu ailəsi ilə bağlı yeni məlumatlar daxil olub.

Məlumatda bildirilir ki, Azərbaycana qayıdan Eran Müdüroğlunun  sahibi olduğu “LandMark” yeni maneələrlə üzləşib.

Belə ki, müxtəlif kommunal qurumlarda “Landmark”la bağlı sənədləşməyə “stop” qoyulub. 

Müxtəlif Avropa ölkələrinin və Avropa İttifaqının səfirliyinin yerləşdiyi adıçəkilən  biznes mərkəzində kommunal xidmələr olsa da lakin, həmin xidmətlərin dayandırılması gözləniləndir. 

Eran Müdüroğölunun isə özünün Azərbaycandan çıxışına məhdudiyyət tətbiq edilib.

Məlumatda, o da bildirilir ki, həm də Böyük Britaniya vətəndaşı olan Eran Müdüroğlunun xanımı Nərgiz Nəsrullayeva bu ölkənin hökumətindən dəstək istəyib. 

Apardığımız araşdırmalar zamanı onu da öyrəndik ki,  “Landmark”ı satmaq istəyən sahibləri onu hərraca çıxaran şirkətin özünün fəaliyyətində qanunsuzluqları üzə çıxarıb.

Onlar Ədliyyə Nazirliyinə yazdıqları məktubunda  “Landmark” Biznes Mərkəzi hərraca çıxarılmasında qanunsuzluqlar olduğunu yazıb.

““Landmark” Biznes Mərkəzi “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən satılması üçün hərraca çıxarılıb. Məlum olub ki, həmin Cəmiyyətin adı əvvəllər “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC olub, sonradan barəsində cinayət xarakterli araşdırmalar aparıldığı üçün adı dəyişdirilib”.

Landmark sahibləri hesab edir ki, cəmiyyət barəsində vəzifəli şəxslərin saxtakarlığı, vergilərin ödənilməsindən yayınma kimi araşdırmalar aparılmasına baxmayaraq, belə bir təşkilat tərəfindən hərracın təşkil olunması heç bir halda obyektiv həyata keçirilə bilməz. Bundan başqa, adıçəkilən təşkilat uzun müddət fəaliyyət göstərməyib. Qanunvericiliyə əsasən isə hərracın təşkili ilə 5 (beş) il fəaliyyətdə olan ixtisaslaşmış təşkilat məşğul ola bilər.
Ona görə də iş adamları Ədliyyə Nazirliyindən hərrac proseslərinin dayandırılmasını və barəsində cinayət və ya mülki xarakterli araşdırma aparılmayan başqa bir təşkilata ötürülməsini xahiş edib.

Qeyd edək ki, Nərgiz Nəsrullayeva da Müdüroğlu ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisidir.

Qeyd edək ki, ailənin sahib olduğu “Landmark” ölkədə ilk biznes mərkəzlərindən sayılır.

“Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində köhnə dəyirman deyilən ərazidə kıbrıslı mühəndis və tanınmış iş adamı Efruz Sami Müdiröğlunun tərəfindən inşa edilib.

Landmark” Biznes Mərkəzinin qanuni təmsilçisi də Nəsrullayeva Nərgiz Müdüroğlu Namiq qızıdır.

O, mərhum iş adamının oğlu Eran Müdüroğlunun həyat yoldaşıdır.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Aprel 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri