Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 9 iyun, AZƏRTAC
Asiya bazarları üçün etalon hesab edilən Nyukasl kömürünün iyun fyuçerslərinin qiyməti son 2,5 ildə ən yüksək səviyyə çatıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, kömür fyuçerslərinin qiyməti 1,51 faiz artaraq bir ton üçün 152,25 dollara çatıb.
Bu rəqəm 2023-cü il dekabrın 3-dən bəri görülən ən yüksək qiymətdir.
“API2” Rotterdam kömür fyuçerslərinin qiyməti may ayında bir ton üçün 112 dollar olub. Hazırda isə qiymət 137,3 dollardır.
Ekspertlərə görə, qiymətlərin bahalaşmasına İndoneziyanın yeni ixrac qaydalarının daşınmaları gecikdirməsi və yay fəsli ilə əlaqədar elektrik stansiyalarında tələbatın artması təsir göstərir. Şimal-Şərqi Asiyada havanın temperaturunun yüksəlməsi və Çin kimi böyük istehlakçıların kondisionerdən istifadəsinin çoxalması səbəbindən yay aylarında kömür tələbatının gözlənilən artımı da qiymətlərin artmasına səbəb olub.
Digər tərəfdən, Hörmüz boğazı boyunca artan gəmiçilik riskləri elektrik enerjisi istehsalı üçün təbii qazın qiymətini artırıb və bu da enerji tələb edən sənaye sahələrinin ən sürətli alternativ kimi kömürə keçməsinə şərait yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 09 İyun 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















