Icma.az
close
up
RU
Alüminium qiymətləri son 7 həftənin maksimumuna yüksəlib

Alüminium qiymətləri son 7 həftənin maksimumuna yüksəlib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 11 avqust, AZƏRTAC

Beynəlxlaq bazarlarda alüminium qiymətləri son 7 həftənin maksimumuna yüksəlib.

AZƏRTAC xəbər verir ki, hazırda London Metal Birjasında alüminium qiymətləri 1 faiz artaraq bir ton üçün 3337 dollardır. Bu, iyunun 23-dən bəri qeydə alınan ən yüksək səviyyədir. Qiymətlər iyun ayının sonundan bəri 8 faizdən çox artıb və bu da əsas metalların qiymətində daha geniş ralliyə səbəb olub. Mis qiymətləri də 0,1 faiz artıb, digər metalların qiymətləri isə azalıb.

Hörmüz boğazının tez bir zamanda açılması üçün razılaşmanın olma perspektivinin azalması və Yaxın Şərqdən tədarükü məhdud səviyyədə qalacağı ilə bağlı narahatlıqların artması fonunda alüminium qiymətləri 7-ci gündür ki, yüksəlişini davam etdirir.

Ekspertlərin fikrincə, Yaxın Şərqdə danışıqlar rəvan getmir və bu, alüminium qiymətlərinə müəyyən dərəcədə dəstək verəcək.

London Metal Birjasının anbarlarında alüminium ehtiyatları bu il davamlı olaraq azalıb, Çin və İndoneziyadan yeni tədarüklərə baxmayaraq, hazırda ehtiyatlar təxminən 250 min ton təşkil edir ki, bu da 1990-cı ilin noyabr ayından bəri ən aşağı səviyyədir.

Avropanın aparıcı alüminium istehsalçısı olan “Norsk Hydro” isə ötən ay Hörmüz boğazından ticarətin normal vəziyyətə qayıtmayacağı təqdirdə, alüminiumun illik qlobal tədarük kəsirinin 900 min tonu keçəcəyi barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, alüminium qiymətləri Yaxın Şərqdəki müharibənin əvvəlində yüksəlib, lakin daha sonra ABŞ və İran arasında danışıqlara başlayan zaman ucuzlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri