Kondisioner boyun yırtığı yaradır? AÇIQLANDI
Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsti hava səbəbindən kondisionerdən istifadənin artması ilə bağlı mütəxəssislər xəbərdarlıq edib.
Medicina.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Kondisionerin birbaşa boyun yırtığına səbəb olmadığı, lakin kondisioner havasının uzun müddət birbaşa bədənə, xüsusilə boyun nahiyəsinə vurması əzələ spazmı və boyun tutulmasına gətirib çıxara biləcəyi bildirilir.
Belə ki, tərləmiş halda soyuq havaya məruz qalmaq da əzələlərdə spazm yarada bilər. Boyun yırtığında ağrı kürəkdən qola doğru yayıldığı halda, əzələ spazmında əsasən boyun hərəkətləri çətinləşir və ağrı müəyyən nahiyədə hiss olunur.
Kondisionerlərin mütəmadi təmizlənməsi də vacib amillərdəndir. Baxımsız cihazlarda toplanan mikroorqanizmlərin infeksiya və ağciyər xəstəliklərinə səbəb ola bilər.
Mütəxəssislər kondisionerin hava axınının birbaşa insanın üzərinə və boyun nahiyəsinə yönəldilməməsini, cihazın yuxarı və ya yan istiqamətə tənzimlənməsini tövsiyə edirlər.
Xanım,
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 09 İyul 2026 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















