Icma.az
close
up
RU
Kondisioner sizi sərinlədir, yoxsa xəstələndirir?

Kondisioner sizi sərinlədir, yoxsa xəstələndirir?

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yay aylarında sərinləmək üçün əksər insanların üz tutduğu vasitələrdən biri də kondisionerlərdir. Lakin çoxları bu rahatlığın arxasında gizlənən təhlükələrdən xəbərsizdir. Həkimlərin fikrincə, düzgün istifadə olunmayan kondisioner havalandırma sistemləri soyuqdəymə, boğaz ağrısı, baş ağrısı, allergiya, əzələ tutulması və daha ciddi tənəffüs yolları infeksiyaları ilə nəticələnə bilər.

Ölkə.az xəbər verir ki, kondisioner havası insan orqanizminə bir neçə şəkildə mənfi təsir göstərə bilər:

Kəskin temperatur fərqi:
Xarici hava ilə kondisioner havası arasındakı kəskin fərq bədəni stressə salır. Bu da immun sisteminin zəifləməsinə və soyuqdəyməyə səbəb olur.

Havanın quruluğu:
Kondisionerlər havanı qurutduğundan boğaz, burun və gözlərdə quruluq və yanma hissi yarada bilər. Bu vəziyyət virus və bakteriyaların selikli qişalarda daha asan yayılmasına şərait yaradır.

Filtrlərin çirklənməsi:
Uzun müddət təmizlənməyən kondisioner filtrlərində mikroblar, göbələklər və allergenlər toplanır. Bu da bronxit, allergik astma, sinusit kimi xəstəliklərə yol aça bilər.

Daimi sərin hava axını:
Uzun müddət kondisioner qarşısında oturmaq əzələ və boyun tutulmaları, xüsusilə bel və kürək ağrıları ilə nəticələnə bilər.

Terapetlər və pulmonoloqlar bildirirlər ki, kondisionerlə otaq arasındakı temperatur fərqi 6-8 dərəcəni keçməməlidir, otaq hərarəti 22-25°C arasında saxlanmalıdır. Kondisioner filtrini ayda bir dəfə təmizləmək və ya dəyişmək vacibdir. Birbaşa hava axınına məruz qalmamaq üçün cihazın istiqamətini insanlara yönəltmək olmaz. Qapalı məkanda uzun müddət qalındıqda otaq vaxtaşırı havalandırılmalıdır.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 İyul 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri