Konfederasiya sədrinin ailəsinə ağır itki
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az-ın xəbərinə görə, onun qayınatası, istefada olan polis polkovniki Zakir Kərimov vəfat edib.
Qeyd edək ki, Z.Kərimov 1949-cu il noyabrın 23-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğuub.
1953-cü ildə ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunub.
Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib.
1975-ci ildə DİN-in Kəlbəcər rayon milis şöbəsində inspektor kimi işə başlayıb, 1978-ci ildə SSRİ DİN-in Akademiyasının qiyabi şöbəsinə daxil olub, elə həmin ildə də Ağdam rayon milis şöbəsinə siyasi məsələlər üzrə rəis müavini təyin olunub.
1983-cü ildə Moskva şəhərində polkovnik rütbəsi alıb.
Z.Kərimov 1987-ci ildə Gədəbəy rayon milis şöbəsinin rəisi təyin olunub, 1989-cu ilə qədər həmin vəzifədə çalışıb.
1989-cu ildə Quba rayonu milis şöbəsinə rəis təyin olunub, 1992-ci ilə qədər həmin vəzifədə çalışdıqdan sonra ehtiyata çıxıb.
2003-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin yanğından mühafizə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi işləyib.
Z.Kərimov iyulun 27-də 77 yaşında Gürcüstanda vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 31 İyul 2026 08:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















