Icma.az
close
up
RU
Konqresmenlər Baydendən Assancın əfvini xahiş ediblər

Konqresmenlər Baydendən Assancın əfvini xahiş ediblər

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

“Belə bir addımın demokratiya və söz azadlığının müdafiəsi üçün mediaya güclü mesaj verəcək”

Amerikalı konqresmenlər - demokrat Ceyms MakQovern və respublikaçı Tomas Massi ABŞ Prezidenti Co Baydendən “WikiLeaks”in qurucusu Culian Assancın əfv olunmasını xahiş ediblər. Onlar qeyd ediblər ki, prokurorlarla razılaşmaya əsasən, onun təqsirli olduğunu etiraf etməsi jurnalistlərin və casusluqda ittiham olunanların mühakimə olunması üçün presedent yaradır.

Konqresmenlər Baydenə göndərdikləri məktubda belə bir addımın demokratiya və söz azadlığının müdafiəsi üçün mediaya güclü mesaj verəcəyini bildiriblər: “Sadə dillə desək, məxfi məlumatların alınması, saxlanması və ya açıqlanmasına görə cinayət hesab edən “Casusluq Aktı”nın 793-cü maddəsinin öz işlərini görən jurnalistlərə və xəbər təşkilatlarına qarşı istifadə oluna biləcəyi ilə bağlı çoxdankı və əsaslı narahatlıq var”.

Avstraliya vətəndaşı Assanc 2019-cu ildən Böyük Britaniyada Ekvadorun Londondakı səfirliyindən qovulduqdan sonra yerləşdirildiyi yüksək rejimli Belmarş həbsxanasında saxlanılıb. Beş ildən çoxdur ki, Vaşinqton Londondan onu ABŞ-a ekstradisiya etməyə çalışır, lakin Assancın müdafiəsi bunun qarşısını almaq üçün yeni cəhdlər edib. Assanc Birləşmiş Ştatlarda Amerika tarixində ən böyük məxfi məlumatların açıqlanması ilə bağlı cinayətlərdə ittiham olunub.

ABŞ prokurorları ilə sövdələşmənin bir hissəsi olaraq Assanc məhkəmədə məxfi məlumatları əldə etmək və yaymaqda günahını etiraf edib. Bu cinayətə görə avstraliyalı artıq Britaniya həbsxanasında saxlanıldığı müddətə məhkum edilib. Bu il iyunun 26-da Assanc ailəsinin yaşadığı Avstraliyaya qayıdıb. Bu, ABŞ Ədliyyə Nazirliyi ilə eyni gündə Saipan adasındakı məhkəmə tərəfindən qəbul edilən vəsatət müqaviləsinin bağlanması ilə mümkün olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri