Konsertini yarımçıq qoyub səhnədə bığlarını qırxdırdı Video
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Məşhur türkiyəli müğənni Mert Demir Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında keçirilən konsertində tamaşaçılara gözlənilməz sürpriz edib.
“Qafqazinfo” xəbər verir ki, konsert zamanı bərbərini səhnəyə dəvət edən Mert Demir elə səhnədəcə bığlarını qırxdırıb.
Müğənninin imic dəyişikliyi səhnənin yanındakı böyük ekranlarda da nümayiş olunub.
Bığlarını qırxdırdıqdan sonra səhnədən qısa müddətlik ayrılan Mert Demir konsertin ikinci hissəsində yeni görünüşü ilə tamaşaçıların qarşısına çıxıb. Onun bığsız imici alqışlarla qarşılanıb.
Gecənin digər diqqətçəkən anı isə Kibariyenin səhnəyə çıxması olub. İki sənətçi birlikdə “Karakış” mahnısını ifa ediblər.
Konserti izləyənlər arasında Mert Demirin sevgilisi Serenay Sarıkaya ilə yanaşı, Merve Dizdar, Cihan Ayger, Zeynəb Artukmaç, Mert Yazıcıoğlu və Simge Sağın da olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 21 Avqust 2026 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















