Icma.az
close
up
RU
Konstitusiya ili və siyasi halüsinasiya

Konstitusiya ili və siyasi halüsinasiya

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyev 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan edib. Bununla bağlı prezident sərəncamında səbəblər, əsaslar da göstərilib. Bunlar 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 30 illiyi və 2020-ci ildə Vətən müharibəsində qələbənin - Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmasının 5 illiyidir.

Bu sərəncama dair şərhlərə baxdım. Təqdirlə yanaşı tənqid də gördüm.

Təbii ki, sual oluna bilər: 2025-ci ilin Konstitusiya və suverenlik ili elan edilməsini kim, niyə, necə tənqid edə bilər?! Yəni yaxşı bir qərara necə pis demək olar?!

Haqlı sualdır. Amma müxalifət düşərgəsinə mənsub olan bəzi şəxslər bu qərara da "pis" deməyi "bacardı". Onlar sərəncamdan belə bir nəticə çıxarıblar ki, əgər prezident 2025-ci ili Konstitusiya ili elan edibsə, deməli, bu il ərzində referendum keçiriləcək, Konstitusiyaya dəyişikliklər ediləcək.

Burda adam özünü sarkazmdan saxlaya bilmir: ilin adında "suverenlik" sözü də var, onda, eyni məntiqlə Azərbaycan azad olunmuş torpaqlarını yenidən azad edəcək?! Bu cür düşüncə absurddur axı. Xatırlayırsınızsa, ölkə Prezidenti 2019-cu ili "Nəsimi ili" elan etmişdi, amma Nəsimi yenidən edam edilmədi.

"Konstitusiya ili" o demək deyil ki, Konstitusiyaya 2025-ci ildə mütləq dəyişiklik ediləcək. Ancaq o demək də deyil ki, 2025-ci ildə Konstitusiyada heç nə dəyişə bilməz. Siyasət qarabasmalar, subyektiv gümanlar, falaçmalar üzərində deyil, dəqiq informasiyalar, əsaslandırılmış elmi proqnozlar üzərində qurulur.

Bəli, məhz elmi. Çünki siyasət həm də və daha çox elmdir. Konstitusiyaya, yaxud hansısa qanuna dəyişiklik də normalda ictimai inkişafa elmi yanaşmadan doğur.

Hələ eramızdan əvvəl VI-V-ci əsrlərdə yaşamış qədim yunan filosofu Efesli Heraklit demişdi: "Hər şey axır, hər şey dəyişir".

Elm çoxdan - çox qədimlərdən bəri sübut edə-edə gəlib: heç bir şey həmişəki kimi qalmır. Zaman təkcə vaxt ölçüsü deyil, həm də yenilənmənin ölçü hissidir. İnsan da zamanla həm zahirən, həm daxilən dəyişir və sonda ruhlar aləminə köçüb başqa ölçülərdə yeni həyat tapır.

Hər şey dəyişirsə, qanunlar, qaydalar da dəyişir. 33 il əvvəl Azərbaycan Rusiya İmperiyasının bir əyaləti idi. Amma daha əvvəl Azərbaycan türkləri özləri İmperiya yaradan xalq olub. Bu gün bəlli coğrafiyada müstəqil respublikadır.

Deməli, hər insan kimi dövlətlər də zahirən və daxilən dəyişə bilir. Çünki dövlətləri quranlar və idarə edənlər də insanlar özləridir. Dövlət elə həm də insan deməkdir.

Bundan əvvəl - 2002-ci, 2009-cu, 2016-cı illərdə Azərbaycanda Konstitusiyaya dəyişikliklər, düzəlişlər, əlavələr olub. Bunlar da, təbii ki, referendumla edilib. Həmin illəri heç kim "Konstitusiya ili" elan etməmişdi. Ancaq Konstitusiyada korrektivlərə ehtiyac duyulduqca, bu referendumlar keçirildi.

Konstitusiyanın özündə referendumun öz statusu və ikinci adı var. Referendumun ikinci adı və əsl mahiyyəti ümumxalq səsverməsidir. Yəni seçkidə xalq bu və ya başqa şəxsə səs verib, prezident, deputat, bələdiyyə üzvü seçdiyi kimi, referendumda bu və ya başqa təklifə də səs verir. Lehinə, yaxud əleyhinə.

Əgər xalq səs verəcəksə, müxalifətin refedendum ehtimalının özündən belə bu qədər həyəcana düşməyinin səbəbi nədir?

Müxalifətin işi ehtimallarla savaşmaq deyil, əgər referendum keçiriləcəksə, xalqı bu və ya başqa məsələyə doğru səs verməyə inandırmaqdır. Həm də bunu hər gün etməlidir; referendum oldu, ya olmadl, xalqı öz mövqeyinə inandırmağı bacarmalıdır. Əgər müxalifət referenduma çıxarılan hansısa təklifi yanlış sayırsa, səsverməyə gələcək xalqı buna - öz fikrinə inandırmaqla mükəlləfdir. Nəticələrin düzgün hesablanmayacağına eyham vurursa, bunun da qarşısını almaq üçün həmin səs verənlərin əksəriyyətini inandırıb, səfərbər etmək yenə də müxalifətin üzərinə düşür. Yoxsa hərdən oyanıb bir bəyanat vermək, yaxud blogerlik etməkdirsə, bunun üçün adını "müxalifət" qoymağa da ehtiyac yoxdur. Blogerliyi çoxillik siyasi stajı olmayan, bığ yeri yenicə tərləyən yeniyetmələr də bacarır.

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri