Icma.az
close
up
RU
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə iştirak edib

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə iştirak edib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 noyabr, AZƏRTAC

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 28-30-da Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatına sədrlik edən İspaniya Krallığı Konstitusiya Məhkəməsinin sədri Kandido Konde-Pumpidonun və Katibliyinin fəaliyyətini təmin edən Avropa Şurasının Venesiya Komissiyasının dəvəti ilə “Gələcək nəsillərin insan hüquqları” mövzusunda keçirilmiş VI Konqresdə iştirak etmək üçün İspaniyanın Madrid şəhərində səfərdə olub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdən əvvəl Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də daxil olduğu Avropa və Asiya ölkələrinin Konstitusiya Məhkəmələrinin üzv olduqları Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatının Bürosuna daxil olan bir sıra qrupların iclasları keçirilib.

Konqres çərçivəsində “Təbii ehtiyatların və ətraf mühitin qorunması”, “Bəşəriyyətin mədəni irsinin qorunması”, “Elmi biliklərə və yeni texnologiyalara əlçatanlıq”, “Konstitusiya Məhkəmələrinin müstəqilliyi” adlı sessiyalar olub.

Sonra konqresdə səsləndirilən məruzələr üzrə müzakirələr və geniş fikir mübadiləsi aparılıb, yekun iclasda məruzəçilərin milli hesabatları dinlənilib və Madrid Komunikesi qəbul edilib. Sənəddə sağlam ətraf mühitdə yaşamaq hüququnun mühüm insan hüquqlarından biri olduğu qeyd olunub. Həmçinin Konstitusiya Məhkəmələri mədəni irsin qorunmasına öz töhfələrini verməsinin və rəqəmsal texnologiyaların tətbiqində şəxsi məlumatların mühafizəsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Konqresin rəsmi bağlanış mərasimində İspaniya Kralı VI Felipe tədbir iştirakçılarını salamlayaraq konqresin Konstitusiya Məhkəmələri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağına əmin olduğunu bildirib.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ölkələrin Konstitusiya Məhkəmələrinin sədr və hakimləri ilə işgüzar görüşlər keçirib və hüquq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 2009-cu ildən fəaliyyət göstərən Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatına 2011-ci ildən tamhüquqlu üzv seçilib. Konfransın müxtəlif illərdə Cənubi Afrika Respublikasının Keyp Taun, Braziliyanın Rio-de-Janeyro, Cənubi Koreyanın Seul, Litvanın Vilnüs şəhərlərində və İndoneziyanın Bali adasında konqresləri keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see236

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see229

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see197

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see190

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see183

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see171

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see168

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see168

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see165

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see162

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see162

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see161

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see157

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see155

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see154

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see151

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri