Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik ili” 2025 Azərbaycana nə vəd edir?

“Konstitusiya və Suverenlik ili” 2025 Azərbaycana nə vəd edir?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Prezident İlham Əliyev çoxəsrlik dövlətçilik ənənələrimizin təntənəsi, müstəqillik, suverenlik, güc və imkanlarımızın inikası kimi 2025-ci ili ölkədə “Konstitusiya və Suverenlik İli” elan etdi”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, real suverenlik üçün ilk növbədə hüquqi-siyasi, sosial-iqtisadi bazis formalaşmalıdır: “1969-cu ildə Ülu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin intibah dövrünə qədəm qoyması belə bazis rolunu oynadı və Ulu öndər Sovet Azərbaycanına Xalq Cümhuriyyətindən də, 1991-93-cü ilin Azərbaycanından çox daha müstəqil davranmağa imkan yaratdı.

Lakin, təəssüf ki, hələ də bəzi hallarda yanlış olaraq suverenlik yolunun meydanlardan keçməsi eyforiyası yaşadılır. Baxmayaraq ki, meydanlardan başlanan yol bir qayda olaraq ölkələr üzərində əl dəyişikliyinə gətirib çıxarır. Ona görə də suverenlik ilində ictimai fikir ilk növbədə bu absurd düşüncələrdən qurtulmalıdır. Çünki Ulu Öndər Heydər Əliyevin xalqa 29 dekabr 2000-ci il müraciətində də ifadə etdiyi kimi, Azərbaycanın müstəqillik əldə etməsi hansısa ictimai-siyasi qüvvələrin və ya şəxslərin müstəsna xidməti deyil. Əksinə, hakimiyyəti zorla mənimsəməklə xalqa qarşı ən ağır cinayət törətmiş AXC-Müsavat iqtidarı 1991-ci ildə qəbul edilmiş “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da nəinki prosesdə maraqlı olmadı, əksinə bütün potensialı Heydər Əliyevin 18 il ərzində formalaşdırdığı və müstəqillik üçün təməl rolu oynayan potensialı dağıtmağa sərf etdilər.

Bəhruz Məhərrəmov

Lakin, xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ulu Öndər ölkədə təhlükəli gedişin qarşısını alaraq, müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaratdı, preambulasında Azərbaycanın dövlət müstəqilliyi, suverenliyini və ərazi bütövlüyünü başlıca niyyət kimi bəyan edilmiş ilk Konstitusiya qəbul olundu.

Lakin 30 il davam etmiş işğal Konstitusiyanın bütün ərazilərimizdə tətbiqinə imkan vermədi”.

Deputatın sözlərinə görə, özünün tarixi hərbi-siyasi zəfərləri ilə Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərqərar etməsi Konstitusiyanın hüquqi qüvvəsinin bütün ərazilərimizdə, xüsusən Qarabağ və Şərqi Zəngəzurda bərqərar olunması ilə nəticələndi:
“Müzəffər Liderin yaratdığı bu konfiqurasiya həm də imkan yaratmaqdadır ki, ölkəmiz yeni reallıqlar şəraitində müstəqil siyasətini daha prinsipiallıqla davam etdirsin. Nəticədə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir və inanırıq ki, 2024cü ildə müşahidə olunan uğurlar 2025-ci ildə də daha yüksək templə davam edəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri