Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 14 iyul 1969 cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinə həsr olunmuş tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 14 iyul 1969 cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinə həsr olunmuş tədbir keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

“Feyzulla Qasımzadə 65” ünvanı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” PHŞ) üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Təsis iclasında çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır. Azər Süleymanov öz çıxışında, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşması və inkişafı istiqamətindəki misilsiz xidmətlərindən bəhs edərək, onun rəhbərliyi ilə 1993-cü ildən sonra ölkənin hüquqi bazasının təkmilləşdirilməsindən bəhs edib. Azər Süleymanov həmçinin öz çıxışında qeyd etdi ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanın böyük bir salnaməsini yaratmış, güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi çəkiyə malik olan dövlət imicini yaratmışdır. Hal-hazırda müstəqil Azərbaycanın yürütdüyü siyasət dövlətimizin etibarlı və strateji tərəfdaş kimi beynəlxalq aləmdə nüfuzunu yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. O, həmçinin Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərdən və əldə olunan bütün nailiyyətlər sayəsində Azərbaycanın günü-gündən güclü və qüdrətli dövlətə çevrilməsindən geniş şəkildə danışdı.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” PHŞ-in icraçı direktoru Elxan Nağıyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoymasından, onun layiqli davamçısı Cənab İlham Əliyevin siyasi kursun layiqli davamçısı olması və gördüyü işlərdən, xüsusilə də, səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan, eyni zamanda Yeni Azərbaycan Partiyasının sözün əsl mənasında, ümumxalq partiyası olmasından geniş şəkildə söz açdı. Elxan Nağıyev nitqinin sonunda Cənab Prezidentimizə səhiyyə sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıya, eyni zamanda, Yeni Azərbaycan Partiyasına, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatına donor qanı toplanılması yolunda keçirilən aksiyalarda göstərdikləri dəstəyə görə öz dərin təşəkkürlərini ifadə etdi.

Çıxışlardan sonra səsvermə keçirilib və “Feyzulla Qasımzadə 65” ünvanı üzrə ərazi partiya təşkilatı təsis edildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” PHŞ-in icraçı direktoru Elxan Nağıyev yekdilliklə “Feyzulla Qasımzadə 65” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, donor qanı və onun komponentlərinin təhlükəsizliyinin təmin edilməsi şöbəsinin müdiri Növrəstə Hacılı isə sədr müavini seçildi. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndi və tədbir qapalı elan edildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 İyul 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri