Icma.az
close
up
RU
Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib

Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tovuz, 17 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri" mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda videoçarx nümayiş etdirilib. Çıxış edənlər bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman təhsili dövlətin və xalqın inkişafı üçün əsas prioritet sahə kimi qiymətləndirib. Onun təhsil sahəsində atdığı məqsədyönlü addımlar bu gün ölkəmizin uğurlu təhsil sisteminin əsasını təşkil edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar, yeni təhsil müəssisələrinin yaradılması və təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar Ulu Öndərin ideyalarının davamı olmaqla, gənc nəsillərin yüksək səviyyədə yetişdirilməsinə böyük töhfə verir.

Qeyd olunub ki, təhsil cəmiyyətin rifahı və davamlı inkişafı üçün vacibdir və bu sahədə çalışanların üzərinə böyük məsuliyyət düşür. Həyata keçirilən təhsil proqramları və layihələr ölkəmizin dünya təhsil məkanında layiqli yer tutmasına xidmət edir və təhsil sisteminin müasirləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir.

Həmçinin, qeyd olunub ki, Ulu Öndərin xidmətləri müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, gənc nəsildə vətənpərvərlik və milli dəyərlərə hörmət hissinin formalaşması üçün möhkəm zəmin yaradıb.

Rayon təşkilatının fəaliyyətində aktiv iştirakına görə, bir qrup şəxsə, həmçinin 2024-2025-ci tədris ilində buraxılış imtahanlarından XI sinif şagirdləri arasında rayon üzrə ən yüksək bal toplayan şagirdlərə fəxri fərmanlar, təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 07:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri