Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik ili” çərçivəsində inşa yazı müsabiqəsinə start verilib

“Konstitusiya və Suverenlik ili” çərçivəsində inşa yazı müsabiqəsinə start verilib

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 28 dekabr 2024-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması, həmçinin Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və “Caspel” MMC tərəfindən birgə inşa yazı müsabiqəsinə start verilib.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpa edildiyini, bu qələbənin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən bu müsabiqə gənclərin milli dəyərlərə, dövlətçiliyə və Vətənə sədaqət ruhunda formalaşmasına mühüm töhfə verəcək.

YAP Nəsimi rayon təşkilatının C.Xəndan küçəsi 50b üzrə Ərazi Partiya Təşkilatının sədri,“Caspel” MMC-nin İdarə Heyətinin sədri Ceyhun Quliyev öz çıxışında şirkətin sosial məsuliyyət layihələri çərçivəsində daim gənclərin bilik və yaradıcılıq potensialının dəstəklənməsinə önəm verdiyini bildirib. O vurğulayıb ki, belə təşəbbüslər gənclərin cəmiyyətin inkişafında fəal iştirakına şərait yaradır.

YAP Nəsimi rayon təşkilatının Ənvər Qasımzadə 14 (ATU) üzrə Ərazi Partiya Təşkilatının sədr müavini Sərdar Əliyev isə qeyd edib ki, müsabiqə gənclərin dövlətçilik və vətənpərvərlik duyğularını gücləndirməklə yanaşı, onların intellektual səviyyəsini və analitik düşüncə qabiliyyətini artırmaq baxımından da mühüm əhəmiyyət daşıyır.

Müsabiqədə Nəsimi rayonu üzrə 7 ali təhsil müəssisəsini təmsil edən 78 nəfər əlaçı tələbə iştirak edib.

Tədbirin əsas məqsədi gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, onların intellektual və yaradıcı potensialının üzə çıxarılması, eləcə də Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyətinin daha geniş auditoriyaya çatdırılmasıdır.

Müsabiqə çərçivəsində iştirakçılar aşağıdakı 6 istiqamətdə mövzular  üzrə mübarizə aparırlar:

1)         “Azərbaycan Konstitusiyası – dövlətimizin suverenliyinin və vətəndaşlarımızın hüquqlarının təminatçısı”

2)         “İşğaldan azad olunmuş torpaqlarda sahibkarlığın inkişafı – milli iqtisadiyyatın yeni mərhələsi”

3)         “Müzəffər Ali Baş Komandan İlham Əliyev – tarixi Qələbəmizin memarı”

4)         “Şanlı Zəfərimizin 5 ili: qəhrəmanlıq ənənələrinin gənc nəsillərə ötürülməsi”

5)         “Suverenlik və Zəfər ruhunda yetişən gənclik – Azərbaycanın gələcəyi”

6)         “Zəfərdən sülhə: Azərbaycanın beynəlxalq nüfuzunun artmasında dövlətçilik və suverenlik prinsipləri”

Bu təşəbbüs gənclərin milli dəyərlərə, müstəqilliyə və dövlət suverenliyinə bağlılığını daha da möhkəmləndirməklə, onların ictimai fəallığının artırılmasına xidmət edir.

Qeyd edək ki, inşa müsabiqəsinin nəticələri 8 noyabr 2025-ci il yəni Zəfər günü ərəfəsində elan ediləcəkdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Oktyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri