“Konstitusiya və Suverenlik İli”: mədəni dəyərlər və milli birlik konfrans
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 29 may, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM), Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”: mədəni dəyərlər və milli birlik” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Konfransda Şəki REM-in baş direktoru dosent Yusif Şükürlü, Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı açılış nitqi ilə çıxış ediblər.
Sonra Bakı Xoreoqrafiya Akademiyasının elmi katibi professor Həbibə Məmmədovanın “Müasir dövrdə Azərbaycan mədəniyyətinin inkişafında dövlət siyasətinin rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi müasir mədəniyyətin əsas istiqamətlərinin Azərbaycan dövlətinin məqsədyönlü, düşünülmüş siyasətinin prinsipləri ilə əlaqədar olduğunu bildirib. O, Milli Musiqi Gününün təsis edilməsi, “Teatr və teatr fəaliyyəti haqqında” qanunun, “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın və digər qanunların qəbul edilməsini dövlətin mədəni siyasətinin əsas məzmunu olduğunu ifadə edib.
Daha sonra “Konstitusiya və Suverenlik İli” haqqında videoçarx nümayiş etdirilib.
Konfransda “Azərbaycançılıq milli birliyimizin təməl daşıdır”, “Azərbaycan mədəniyyətinin və ədəbiyyatının hamisi: fenomen və dahi şəxsiyyət”, “Azərbaycan Konstitusiyası milli birliyimizin təminatıdır” mövzusunda məruzələr dinlənilib.
Sonda yekun müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 29 May 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















