Icma.az
close
up
RU
Konteyner habının tikilməsi Aktau limanının ötürücülük qabiliyyətini artıracaq

Konteyner habının tikilməsi Aktau limanının ötürücülük qabiliyyətini artıracaq

Azertag saytına istinadən Icma.az xəbər verir.

Astana, 4 fevral, AZƏRTAC

Aktau limanının ötürücülük qabiliyyətini ildə 240 min TEU-ya çatdıracaq müasir konteyner habının tikintisi davam etdirilir.

AZƏRTAC-ın “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, dəniz limanında 24 hektar ərazinin təmizlənməsi artıq başa çatdırılıb, əraziyə 313 min tondan çox torpaq daşınıb, habelə şaquli planlaşdırma işləri 65 faiz tamamlanıb.

Bu obyektdə mövcud olan 100-dən çox xüsusi texnika və 12 saatlıq ikinövbəli iş prosesi tam nəzarətin və tikinti dinamikasının təmin edilməsinə imkan verir.

Limanda dərinləşdirmə işləri də nəzərdə tutulub ki, bu da onun terminal qabiliyyətini artıracaq, konteyner daşımalarını daha səmərəli edəcək, dəmir yolu yüklərinin idarə olunmasını təkmilləşdirmək üçün liman infrastrukturunu yaxşılaşdıracaq və dəniz daşıma potensialını gücləndirəcək.

2024-cü ildə Sian şəhərində (ÇXR) 8-ci Beynəlxalq İpək Yolu Sərgisi çərçivəsində “KTZ Express” ASC (KTZ-nin törəmə şirkəti), “Lianyungang Port Group” MMC və “Aktau Sea Trade Port NC” ASC tərəfindən Aktau limanında konteyner habının tikintisi layihəsinin həyata keçirilməsi üzrə müştərək müəssisənin yaradılmasına dair müqavilə imzalanıb.

Konteyner mərkəzinin yaradılması layihəsi Qazaxıstan və Çin hökumətləri tərəfindən dəstəklənib və “Bir kəmər, bir yol” qlobal təşəbbüsü çərçivəsində həyata keçirilir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri