Icma.az
close
up
RU
Könül Nurullayeva: “Koordinasiya Komissiyasına Azərbaycan təmsilçisinin rəhbər seçilməsi ilk növbədə ölkəmizə olan etimadın göstəricisidir” FOTOLAR

Könül Nurullayeva: “Koordinasiya Komissiyasına Azərbaycan təmsilçisinin rəhbər seçilməsi ilk növbədə ölkəmizə olan etimadın göstəricisidir” FOTOLAR

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Adalet.az xəbər verir ki, 16-18 dekabr tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) 13-cü Baş Assambleyası keçirilib. Milli Olimpiya Komitəsinin və ISSA-nin İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva "Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasının sədri seçilib. Bu barədə məlumat verən deputat bildirib ki, bu, Azərbaycanın İslam həmrəyliyinə töhfəsi, ölkəmizdə uğurla reallaşan idman siyasətinin nəticəsidir: “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanda idmanın, olimpiya hərəkatının inkişafına Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə göstərilən dəstək öz nəticəsini verməkdədir.
Məlumdur ki, Azərbaycan 2017-ci ildə İslamiadaya yüksək səviyyədə ev sahibliyi etdi, Bakıdan dünyaya sülh mesajı verildi. IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində bu oyunların Təşkilat Komitəsinin sədri kimi birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif ölkələrdə Azərbaycan təcrübəsinə istinad edilir.
İslam ölkəsi kimi Azərbaycan mədəniyyətlər, xalqlar arasında həmrəyliyin güclənməsinə, əməkdaşlığın dərinləşməsinə töhfə verməkdədir. Hesab edirəm ki, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasına Azərbaycan təmsilçisinin rəhbər seçilməsi ilk növbədə ölkəmizə olan etimadın, nüfuzunun göstəricisidir. İslam dünyasında böyük nüfuza malik olan Azərbaycan bu gün həm də idman sahəsində öz təcrübəsini bölüşür”.
Deputat bildirib ki, son illər Azərbaycanın İslam dünyasında nüfuzu daha da möhkəmlənib: “Təsadüfi deyil ki, Azərbaycanın tarixi şəhəri olan Şuşa da İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. Yeri gəlmişkən, Azərbaycan ötən gün 8 müsəlman ölkəsinin birləşdiyi D-8 təşkilatının da üzvü seçildi. Bu platformada da ölkəmizə yekdilliklə dəstək göstərildi.”
"Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunları ilə bağlı keçirilən panel görüşünə spiker qismində qatılan K.Nurullayeva çıxışında bir sıra vacib məqamlara toxunub. Belə ki, oyunların uğurlu təşkilinə töhfəsi, gənclərin idmana marağının artırılması, gender bərabərliyi və parasportun əhəmiyyəti, eləcə də məhdud infrastruktura malik ölkələrə ISSA tərəfindən dəstəyin göstərilməsi və s. məsələlər üzrə təkliflərini səsləndirib.
Könül Nurullayeva, həmçinin ISSA İcraiyyə Komitəsinin və Baş Assambleyasının iclaslarına da təqdimatla qatılıb. Deputat çıxışı zamanı ISSA prezidenti Əbdüləziz bin Turki Əl-Feysələ, eləcə də qurumun İcraiyyə Komitəsindən olan həmkarlarına ona göstərdikləri yüksək etimada görə təşəkkürünü bildirib. O, eyni zamanda Koordinasiya Komissiyasının strukturu, vəzifə bölgüsü və öhdəlikləri ilə bağlı həmkarlarını məlumatlandırıb. Qeyd edək ki, Baş Assambleyada Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev də iştirak edib.
Son olaraq bildirək ki, VI İslam Həmrəyliyi Oyunları 2025-ci il noyabr ayının 7-dən 21-dək 13 olimpiya, 4 qeyri-olimpiya, 3 paralimpiya ve 1 milli idman növləri üzrə keçiriləcək.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see221

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see166

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see158

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see126

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri