Icma.az
close
up
RU
Fevralda 20 dərəcədən çox şaxta olacaq Hava PROQNOZU

Fevralda 20 dərəcədən çox şaxta olacaq Hava PROQNOZU

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevral ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, fevral ayı əsl qış ayıdır və hava şəraiti yanvar ayından az fərqlənir. Ay ərzində arktik soyuq hava kütlələrinin ölkə ərazisinə tez-tez müdaxiləsi zamanı hava şəraiti daha soyuq, atmosfer proseslərin inkişafında isti hava kütlələri üstünlük təşkil etdikdə isə mülayim keçir.

Bu ilin fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.
Fevralın 1-2-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-24 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 11-29 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 5-10 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-36 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı ğözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-32 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-36 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlıq ərazilərdə gecə 8-13 dərəcə şaxta, bəzi günlərdə 17-22 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-55 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 0-3 dərəcə şaxta, bəzi günlərdə 8-13 dərəcə şaxta, dağlarda gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-105 mm).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Yanvar 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see373

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see334

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see322

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see313

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see312

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see303

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see255

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see249

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see247

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see240

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see238

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see234

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see231

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see228

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see223

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see223

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see220

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see217

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see195

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri