Icma.az
close
up
RU
Koreya ilə rəqəmsal maliyyə anlaşması

Koreya ilə rəqəmsal maliyyə anlaşması

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi ilə Koreya Fiskal İnformasiya Xidməti (KFIS) arasında “Azərbaycanın rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanması”na dair Anlaşma Memorandumu imzalanıb.

İyulun 28-də maliyyə nazirinin müavini Himalay Məmişov Koreya Fiskal İnformasiya Xidmətinin (KFIS) nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanın dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal transformasiya istiqamətində həyata keçirilən islahatlar, bu sahədə Koreyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanmasına dair məsələlər müzakirə olunub. Bildirilib ki, layihə çərçivəsində dövlət maliyyəsinin idarə edilməsində mövcud proseslərin və informasiya sistemlərinin qiymətləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın ehtiyaclarına uyğun müasir rəqəmsal həllərin hazırlanması nəzərdə tutulur.

Himalay Məmişov dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal transformasiyanın ölkədə aparılan institusional islahatların mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, Koreya tərəfinin ekspert və konsaltinq dəstəyini yüksək qiymətləndirərək, əməkdaşlığın konkret nəticələr, bilik və texnologiya transferi, institusional potensialın artırılmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, cari ilin aprel ayında Maliyyə Nazirliyinin nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfər çərçivəsində “dBrain+” sistemi əsasında dövlət maliyyəsinin rəqəmsal idarə edilməsi təcrübəsi ilə tanış olub. Həmçinin bundan əvvəl maliyyə naziri Sahil Babayevin KFIS-nin prezidenti Seok Ho Yoonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı dövlət maliyyəsinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Koreyanın “dBrain+” sistemi üzrə təcrübəsi əsasında ölkəmizdə vahid Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin yaradılması, maliyyə məlumatlarının mərkəzləşdirilməsi, dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması istiqamətində təcrübə mübadiləsi aparılıb.

Layihənin növbəti mərhələsində Koreya tərəfinin konsaltinq dəstəyi ilə dövlət maliyyəsinin idarə edilməsi üzrə mövcud vəziyyətin diaqnostikası, daxili maliyyə nəzarəti mexanizmlərinin inkişaf etdirilməsi, məlumatların və informasiya sistemləri arasında interfeyslərin inteqrasiyası, fiskal risklərin təhlili modellərinin və rol əsaslı idarəetmə panellərinin hazırlanması nəzərdə tutulur. Layihənin nəticəsi olaraq rəqəmsal xəzinədarlıq sisteminin konseptual dizaynının və mərhələli tətbiq yol xəritəsinin hazırlanması planlaşdırılır.

Müzakirə zamanı dövlət maliyyəsinin idarə edilməsində süni intellekt əsaslı həllərin tətbiqi, məlumat əsaslı qərarvermə mexanizmlərinin formalaşdırılması, büdcə proqnozlaşdırılması və fiskal risklərin erkən müəyyən edilməsi, audit və nəzarət infrastrukturunun təkmilləşdirilməsi, habelə dövlət maliyyə informasiya sistemlərinin kibertəhlükəsizlik çərçivəsinin gücləndirilməsi gələcək əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyən edilib.

Görüşün sonunda Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi ilə Koreya Fiskal İnformasiya Xidməti arasında “Azərbaycanın rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanması”na dair Anlaşma Memorandumu imzalanıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyul 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri