Koreya Maliyyə Nəzarət Xidməti ilə əməkdaşlıq imkanları müzakirə olunub
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfər çərçivəsində Koreya Maliyyə Nəzarət Xidmətinin (KMNX) sədri Li Çanjin ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı hər iki ölkənin maliyyə sektorunun cari vəziyyəti, bu sahələrdə aparılan islahatlar, eləcə də sektorun inkişafı istiqamətində görülən işlər müzakirə edilib. Bununla yanaşı, bank, kapital bazarı və sığorta sektorlarında texnoloji həllərin və qabaqcıl nəzarət metodologiyalarının tətbiqi barədə məlumat bölüşülüb.
Görüşdə, həmçinin Mərkəzi Bank ilə KMNX arasında gələcək əməkdaşlıq imkanları və birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 03 Dekabr 2025 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















