Koronavirusdan sonra aclıq hissini itirdi: 5 ildir yalnız ayran və çörək yeyir
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az “Yeni Şafak”-a istinadən xəbər verir ki, bu səbəbdən qadın yalnız az miqdarda ayran və çörəklə qidalana bilir.
Aygülün sözlərinə görə, kifayət qədər qidalanmadığı üçün səhhəti zəifləyib və uşaqlarına qulluq etməkdə çətinlik çəkir. Hazırda anası və bacıları ona dəstək olur.
Qadın beş il ərzində müxtəlif xəstəxanalara müraciət edib, çoxsaylı müayinələrdən keçib. Həkimlər çölyak xəstəliyindən şübhələnsələr də, aparılan testlərin nəticələri mənfi olub. Qan analizləri, endoskopiya və kolonoskopiya müayinələri də problemin səbəbini üzə çıxarmayıb.
Aygül psixiatriya, daxili xəstəliklər və qastroenterologiya şöbələrinə də müraciət etdiyini, lakin dəqiq diaqnozun müəyyənləşdirilmədiyini deyib.
“5 ildir belə yaşamağa çalışıram. Sadəcə bir az ayran və çörək yeyə bilirəm. O da ayaqda qala bilmək və ölməmək üçün”, – deyə o bildirib.
İki övladının olduğunu xatırladan qadın zəiflik səbəbindən onlara əvvəlki kimi baxa bilmədiyini vurğulayıb. O, müalicə olunmaq və normal qidalanmaq üçün həkimlərdən kömək istəyib.
Aysel
Baxış sayı:129
Bu xəbər 18 Oktyabr 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















