Icma.az
close
up
RU
Körpə döşdən imtina edərsə nə etməli?

Körpə döşdən imtina edərsə nə etməli?

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Sizin yeni doğulmuş uşağınız müəyyən miqdarda əmzikli şüşə ilə yedizdirilibsə, yaxud əmzikdən çox istifadə edibsə, döşü götürməkdə çaş-baş qala bilər və ya hətta döşdən imtina edə bilər.

Bəzən südəmərlər döşün gilələri yumşaq və ya yastı olduqda giləni tutmaqda çətinlik çəkirlər. Bəzi südəmərlər süd şüşəsindən daha sürətlə axan südə üstünlük verməyə öyrəşirlər və döşdən süd yavaş-yavaş gəldiyinə axdıqda məyus olurlar.

Körpənizin əlavə yardıma ehtiyacı olarsa, onu yedizdirmək üçün arxa tərəfə uzanmağa çalışın, rahat vəziyyət alın və körpəni döşə yaxın qoyun. Körpə əmməyə hazır olduqda sizin azca köməyiniz ilə döşü tapacaq.

Bəzən körpənizlə birgə uzanma və dəri-dəriyə möhkəm qucaqlaşma kömək edir. Körpənizi dəri- dəriyə təmas halında oyadın. Sadəcə sizi hiss etməsi və qoxunuzu duyması  köprənizin döşə gəlməsi üçün sadə bir fənd kimi işləyə  bilər. Buna hazır olduqda və özünü ac hiss etdikdə körpənizi döşü tapmağa həvəsləndirin. Körpələr oyanarkən başlarını və əllərini döş axtarışı üçün o tərəf bu tərəfə meyl etdirirlər. Özü müstəqil şəkildə döşün giləsini tapması üçün ona vaxt imkanı yaradın. Körpə döşü yanaqlarında və çənəsində hiss etdikdə ağzını açacaq və giləni tutacaqdır.Bunu bir- iki saat gün ərzində bir neçə dəfə təkrarlayın. Bədən-bədənə təmas nəinki döş əmizdirməyə təşviq etmək üçün mühümdür, eləcə də bu körpənizin sinir sisteminin inkişaf etməsinə kömək edir və bu həmçinin ana üçün də xoşdur.

Döş götürməkdə istəksiz davranan südəmərə kömək edə biləcək başqa məsləhətlər də var. Sizinlə “qarın qarına təmas” yaratmaq üçün körpənizi böyrü üstə çevirin. Onu elə yerləşdirirsiniz ki, uşağın burnu döşünüzün önündə döşün giləsindən yuxarı bir səviyyəyə gəlsin. Bu qayda ilə körpə döşü tutmaq üçün azca  səy göstərməlidir. Döşə gəlmək üçün körpə başını yana əyməməlidir. Əgər döşünüzün giləsi köprənin tutması üçün çətindirsə üzə çıxması üçün giləni yavaşca barmaqlarınızın arasında fırladın. Areolanın arxa hissəsinin kənarlarını yavaşca sıxmaqla döşünüzü “döş səndviçi” şəklinə salırsınız. “U” yaxud “C” şəkilli tutma körpəyə areoladan daha möhkəm yapışma imkanı verir.

“C” və “U”şəkilli tutma üsulu

Körpəni qucaqda tutmaq və yaxud çarpazvari qucaqda tutmaq əmizdirmə mövqelərində olarkən “U” şəklində tutma üsulundan istifadə edin.  Körpənizi “futbol topu ” mövqeyində yəni, qoltuğunuzun altından tutarkən isə  “C” şəklində tutma üsulundan istifadə edin. “Döş sendviçi”ni  körpənin ağzına eyni səviyyəyə gətirməlisiniz. Baş barmağınızı körpənizin burnu ilə eyni səviyyəyə gətirdikdə və barmaqlarınız döşün əks tərəfində olduğu təqdirdəəlinizi düzgün pozada tutmuş sayılırsınız.

Körpənin dadması üçün döşün giləsinə bir neçə damcı yaxud bir az süd damcıladın. Körpənin ağzı tam açılana kimi (burnundan çənəsinə kimi) körpənin dodaqlarını döşünüzün giləsi ilə sığallayın və onu cəld döşünüzə tərəf dartın. Körpənizi yumşaq və sakitcə buna həvəsləndirin.

Bəzən əmizdirmə üzrə məsləhətçilər döş əmizdirməkdən əlavə alternativ yedizdirmə metodları tövsiyə edirlər. Əgər 5-10 dəqiqədən sonra körpə döşə gəlməzsə  döşdən əmməyə xələl gətirməyəcək şəkildə sağılmış döş südünü yaxud süni qidanı ona təklif edirsiniz.

Körpəniz döşdən imtina etməyə davam edirsə, 10 dəqiqədən artıq onu döşdən əmməyə vadar etməmək daha məqsədəuyğundur. Siz körpəniz üçün döşün döyüş meydanı deyil, xoş bir yer olmasını istəyirsiniz.

Davamlı səy göstərmək və səbrli olmaq bu cür vəziyyətin həllinə kömək edər. Bu əsnada körpənizi əmzikli şüşə yaxud əmziklərlə çaşqınlığa salmayın. Əmizdirmə öz qaydasında getdikdən sonra əmziklərdən istifadə edə bilərsiniz. Unutmayın ki, körpənizə gün ərzində 8-12 dəfə döş verilməlidir. Hər gün 6-8 ədəd yaş bez və bir neçə sayda defekasiya (böyük bayıra çıxmaq) müşahidə etməniz vəziyyətin normallaşması deməkdir. Əgər yuxarıda verilən üsullar problemlərin həllində sizə kömək etməzsə əmizdirmə məsləhətçisinə müraciət edin yaxud öz həkiminizlə əlaqə saxlayın.

Körpənin döşə keçməsi üzərində çalışarkən, onu südlə davamlı təmin etmək üçün tibbi təyinatlı südsağandan gün ərzində ən azı 8 dəfə istifadə edin. Süd bol axdıqda körpənin yenidən döş əmməyə başlaması daha asan olur.

Müəllif: Vergie Hughes ( RN, MS, IBCLC, FILCA) əmizdirmə məsləhətçisi,

“Lactation Education Resources” proqram direktoru.

Tərcümə edən: Mais Babayev

Vib.az

 

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 04 Noyabr 2024 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri