Icma.az
close
up
RU
Körpələrin tərləməsi haqqında 11 fakt

Körpələrin tərləməsi haqqında 11 fakt

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1. Tərləmə normal bir haldır. Tərləməmə isə bir xəstəlikdir.

2. İnsanda hərəkət və ya artıq güc sərf etməklə bağlı bədəndə enerji əmələ gəlir. Bu enerji tər vasitəsilə bədəndən xaric olunur və bununla da bədənimiz soyuyur. Tərləmə bir növ bizim bədənimizin “soyuma” sistemidir. Təbii ki, körpələr də bu vəziyyətdən istisna deyillər.

3. Burada diqqət edilməli olan xüsusiyyət bundan ibarətdir ki, körpənin tər vəziləri əllərində, ayaqlarında və başında daha çoxdur. Buna görə də körpələr bu nahiyələrdən daha çox tərləyirlər. Bu normal haldır. Bu nahiyələr tərlədikdən sonra təbii olaraq soyumağa başlayır və bu zaman valideynləri narahat edən “körpəmin başı, ayağı, əlləri çox tərləyir və sonra da buz kimi olur” şikayəti ortaya çıxır. Buradan əziz valideynlərə demək istəyirik ki, əgər uşağın müayinəsi normaldırsa, körpələrdə bu halın baş verməsi hər hansı bir xəstəliyin əlaməti deyildir və bu orqanizmdə gedən normal fizioloji prosesdir.

4. Tərləmə irsi xarakter də daşıya bilər. Belə ki, valideynləri çox tərləyən uşaqlar da çox tərləməyə meyilli olurlar. Bu durumlarda uşaqları müalicə etməyə ehtiyac yoxdur. Bu normal bir haldır, bunu belə də qəbul etmək lazımdır.

5. Tərləmənin ən çox rast gəldiyimiz səbəblərindən biri də körpənin qalın geyindirilməsi və ya ətraf mühitdə (otaqda, çöldə) hərarətin yüksək olmasıdır. Bu baxımdan körpələrin geyiminə və otaq temperaturuna diqqət olunmalıdır.

6. Hər hansı bir səbəblə bağlı olan burun tıxanıqlığı da tərləməyə səbəb ola bilər. Bu baxımdan burun dəliklərinin açıq olub-olmadığı kontrol edilməlidir. Körpələrdə burun dəliklərini “duzlu su” (Natri xlorun izotonik məhlulu) ilə asanlıqla açmaq olar.

7. Körpənin yemək yeyərkən, ağlayərkən və ya güc sərf etdiyi hər hansı bir durumda tərləməsinin artması da normal bir haldır.

8. D vitamininin çatışmazlığı zamanı da körpənin tərləməsində artma ola bilər. Amma bu o demək deyil ki, hər tərləyən uşaq “raxit” xəstəsidir. Əgər xəstəliyə şübhə varsa, mütləq qan analizləri (qanda kalsiyum, D vitamininin miqdarı…) olunmalı və diaqnoz dəqiqləşdirilməlidir. Yalnız bundan sonra körpəyə Vitamin D və kalsium preparatın; vermək olar. Yoxsa “uşaq tərləyir, uşaqda raxit xəstəliyi var” demək və sonra da kor-koranə kalsiyum preparatları başlamaq qətiyyən doğru deyildir. Ümumiyyətlə müntəzəm olaraq D vitamini qəbul edən körpələrdə “raxit” xəstəliyinə rast gəlinmə ehtimalı çox aşağıdır.

9. Gələcəkdə bu kimi xəstəliklərlə qarşılaşmayaq deyə, yeni dogulmuşlarda raxit xəstəliyinin profilaktikası üçün doğumunun 15-ci günündən etibarən D vitamini verilməlidir.

10. Çox tərləmənin səbəblərindən biri də anemiyadır (qan azlığı). Əgər körpədə anemiya şübhəsi varsa qanın ümumi analizi edilməli və diaqnoz dəqiqləşdirilməlidir.

11. Yekun olaraq deyə bilərik ki, tərləmə şikayəti olan körpələrin əksəriyyətində adətən hər hansı bir ciddi xəstəliklər müşahidə olunmur. Amma yenə də tərləmə şikayəti olan hər körpə ətraflı müayinə edilməli və tərləmənin yuxarıdakı səbəblərdən hansı birinə bağlı olduğu aşkar olunmalıdır.

Müəllif: Altay Abdullaoğlu, Pediatr-neonatoloq.

Vib.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:413
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri