Icma.az
close
up
RU
Körpəni ana südü ilə qidalandırmanın üstünlükləri BƏLLİ OLDU HƏKİM AÇIQLADI

Körpəni ana südü ilə qidalandırmanın üstünlükləri BƏLLİ OLDU HƏKİM AÇIQLADI

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ana südü yenidoğulmuş körpə üçün əvəzedilməz və steril qida hesab edilir. Ana südü daim əlverişli temperaturdadır. O, körpənin sağlam böyüməsi və inkişafı üçün lazım olan bütün enerji və qida maddələrini təmin edir. Ana südü tərkibində balanslaşdırılmış komponentlərin, hormonların, müxtəlif boy və müdafiə faktorlarının (immunoqlobulinlər, fermentlər), eləcə də yüksək miqdarda bioloji aktiv maddələrin olması baxımından körpələrin böyümə və inkişafı üçün unikal hesab edilir. Ana südü mədə-bağırsaq sistemində faydalı bakteriyaların inkişafına şərait yaradır. Allergik reaksiyaların əmələ gəlmə riskini azaldır”. Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini, həkim Ülkər Camalova deyib.

Ülkər Camalova sözlərinə belə davam edib: “Ana südünün tərkibində uşaq orqanizmi üçün vacib olan bütün vitamin və mikroelementlərə də rast gəlinir. Ana südünün tərkibində xüsusi əvəzsiz yağ turşuları da var ki, onlar uşağın inkişafı üçün (xüsusən də beyin və bağırsağın inkişafı) olduqca vacibdir. Ana südünün əsas üstünlüyü ondan ibarətdir ki, körpənin çəkisinin daha yaxşı artmasına kömək edir, xəstəliklərdən qoruyur (mədə-bağırsaq infeksiyaları, tənəffüs yollarının xəstəlikləri). Bundan əlavə ana südünün həzmi də olduqca asandır. Ana südü heç bir xəstəlikdə qida rejimini pozmağa imkan vermir və təmiz maye mənbəyi olaraq orqanizmi susuzlaşmadan müdafiə edir. Məsələn, diareya zamanı uşaqda ana südünün qəbulu davam etdirilir, lakin digər maye və qidalardan əksər hallarda imtina edilir. Ana südü ilə qidalandırma “Ani uşaq ölümü” sindromunun yaranması riskini azaldır. Və ən əsas ana südü, ana ilə körpə arasında bağlılıq yaradır.

Ana südü ilə qidalandırma uşaqlarda erkən yaşlarda diabet, piylənmə, hipertoniya xəstəliyi və aterosklerozun əmələ gəlmə riskini azaldır.

- Ana südü ilə qidalandırmanın ananın sağlamlığına təsiri?

Körpəni əmizdirmək doğuşdan sonra ananın orqanizminin bərpasına kömək edir. Süd vermək hormon balansını bərpa edir. Süd ifrazı zamanı oksitosin hormonu ifraz olunur, bu da uşaqlığın yığılmasını tezləşdirir və qanaxma ehtimalını azaldır (bununla bağlı ana ölümü göstəriciləri aşağı düşür). Qanaxmanın azalması nəticəsində həmçinin hemoqlobin ehtiyatları ananın bədənində qorunur və dəmir ehtiyatları ilə bağlı vəziyyət yaxşılaşır. Ananın hamiləlikdən əvvəlki çəkisini bərpa etməyə kömək edir (süd istehsalı gündəlik 500-600 kalori yandırır, bu da çəki itirməkdə kömək edir).
Hamiləlikdən qorunmanın fizioloji metodudur: döşlə qidalanmanın hamiləliyin qarşısını alan üsul kimi effektivliyi doğuşdan sonra 6 ay (yalnız ana südü ilə qidalandırma) müddətində 98%təşkil edir.
Ananın süd vəziləri və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, laktostaz və mastitin qarşısını alır, osteoporozun qarşısını alır. Süd vermək zamanı ifraz olunan hormonlar (oksitosin və prolaktin) anada sakitlik və məmnunluq hissi yaradır. Doğuş sonrası depressiyanın qarşısını almağa kömək edir.

- Ana südü ilə qidalandırma körpənin neçə aylığına qədər davam etməlidir?

Amerika Pediatriya Akademiyasının tövsiyəsinə görə, körpə ilk 6 ay ərzində yalnız ana südü ilə qidalandırılmalı və bu, ən azı 1 yaşa qədər davam etdirməlidir. 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaş və ya daha uzun müddət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əmizdirilmənin davam etməsini tövsiyə edir.

- Ana südü ilə qidalandırmaya hansı hallarda (tibbi göstəriş) icazə verilmir?

- İİV-ə yoluxmuş ana hamiləlik, doğuş və ya əmizdirəndə infeksiyanı körpəsinə ötürə bilər. Amma əgər ana müvafiq dərmanlar qəbul edərsə, o zaman İİV-ə yoluxma riski 1-2%-ə qədər azalır və ana südü ilə qidalanma davam edilə bilər. ÜST tövsiyə edir ki, ana südü ilə qidalanan İİV-ə yoluxmuş analar ARV(antiretrovirus dərmanlar) alsınlar və uşaqları qidalandırmaq üçün ÜST təlimatlarına əməl etsinlər.

- Kəskin mərhələdə psixi pozğunluqlar.

- Açıq vərəm.

- Əgər qadın diyetada oturubsa və yaxşı qidalana bilmirsə, süd vəzilərinin çıxardığı süd uşaq üçün bütün faydaları təmin etmir. Bu, tez-tez yeni doğulmuş körpənin düzgün qidalanmamasına, raxit xəstəliyinin inkişafına, əqli və fiziki inkişafda problemlərə səbəb olur.

- Çox vaxt ana südü ilə qidalanmanın uşaq üçün zərəri odur ki, ana südü ilə yanaşı qadının qəbul etdiyi dərmanlar da onun orqanizminə daxil ola bilər. Bu, körpənin sağlamlığına mənfi təsir göstərəcək və bir çox ciddi nəticələrə səbəb ola bilər. Bu dərmanların siyahısı kifayət qədər uzundur, ona görə də bu və ya digər dərmanı qəbul etməyə başlamazdan əvvəl ana südü ilə qidalanan qadın mütləq pediatr və ya ginekoloqu ilə məsləhətləşməlidir.

- Digər mənfi amil körpənin həyatı üçün təhlükəli olan maddələrin ana südü ilə ötürülməsidir - narkotik, spirt, kofein. Bu vəziyyətdə ana südü ilə qidalandırmaqdan imtina etmək tövsiyə olunur, çünki ana südü körpə üçün əsl zəhərə çevrilir və ona daha çox zərər verə bilər.

Körpələrdə əks göstəriş:

- Metabolik xəstəliklər bəzi irsi xəstəliklərdir, uşağın orqanizmi ana südündən müəyyən maddələri qəbul edə bilmədiyi və yığıldığı üçün, körpədə ciddi və həyatı üçün təhlükəli nəticələrə gətirib çıxardır.

- Qalaktozemiya nadir irsi xəstəlikdir. Uşağın həyatını qorumaq üçün ana südü və bütün süd məhsullarını rasiondan ciddi şəkildə xaric edilməsi tələb olunur”.

Qumral Bahadırqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri