Icma.az
close
up
RU
Körpünü sökdülər ki, yol rahat olsun, amma bərbad oldu FOTO

Körpünü sökdülər ki, yol rahat olsun, amma bərbad oldu FOTO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cavanşir körpüsü söküləndən sonra həmin nahiyədə avtomobillərin hərəkətinin daha da intensivləşəcəyi, tıxac və sıxlıq olmayacağı gözlənilirdi. Lakin yol yenidən açılandan sonra aydın oldu ki, vəziyyət daha da pisləşib.

İndi günün bütün saatlarında həmin yolda tıxac olur. Avtomobillər 20 saniyəlik yolu 20 dəqiqəyə keçməli olurlar. Sürücülər deyir ki, yolda hərəkətin tənzimlənməsi bərbaddır, hətta tıxac süni səbəblərdən əmələ gəlir. Bəzi sürücülər sıra ilə getməkdənsə, sağa burulur, yardımçı yolla irəliləyərək 100-150 metr qabağa düşməyə çalışır, sonradan ana yola çıxaraq, intizamla hərəkət edən avtomobillərin yolunu daraldırlar. Nəticədə sürət aşağı düşür, hərəkət intensivliyi pozulur.

Qeyd edək ki, Cavanşir körpüsü ötən ilin may ayında sökülüb, yeni yolun açılışı isə avqust ayında olub. Dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 400 metrdir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı vaxtilə məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki körpünün sökülməsi ilə ərazidə nəqliyyatın hərəkətində ciddi dəyişiklik gözləmir. “Sadəcə olaraq, hərəkətin təşkilində müəyyən yeniliklər olacaq. Ərazidə körpüsüz bir hərəkət mexanizmi qurulacaq, çünki Heydər Əliyev və Babək prospektlərindən, Afiyəddin Cəlilov küçəsindən gələn bütün nəqliyyat vasitələri həmin istiqamətə yönəlir. O yolun ötürücülük qabiliyyəti məlumdur. Yolda hər hansı alternativ variant yoxdursa, körpünün sökülməsi heç bir ciddi dəyişєikliyə yol açmayacaq”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, sözügedən yolun sağında və solunda müxtəlif obyektlər olduğu üçün ərazidə işıqforun quraşdırılması doğru qərardır: “Hesab edirəm ki, tıxacın yaranmasına səbəb işıqforun quraşdırılması deyil. Cavanşir körpüsü olanda orada sıxlıq olub. Həmin yola bir neçə istiqamətdən avtomobil daxil olduğu üçün sıxlıq olması təbiidir. Həmin ərazidə hərəkət intensiv olduğu üçün sıxlıq yaranır. Əsas məsələ sıxlığın tıxaca çevrilməməsidir ki, Yol Patrul Xidmətinin əməkdaşları 7/24 bunun üçün tənzimləmə həyata keçirirlər. Paralel küçələrdən olan Afiyəddin Cəlilov küçəsində hər zaman tıxac olmasının səbəbi işıqforun saniyəsinin az olmasıdır, buna görə də təxminən 1 dəqiqədən çox gözləmə olur. Bu orada yaşayan sakinlərə narahatlıq yaradır. Sutkanın demək olar ki, bütün saatlarında bu küçədə siqnalların səsi eşidilir. Bundan başqa, tıxacda qalan avtomobillərin buraxdığı karbon qazı atmosferə ciddi zərər verir. Bütün bu amilləri nəzərə alsaq, işıqforun saniyəsinin azaldılmasına ehtiyac var.  Afiyəddin Cəlilov Yusif Səfərov küçəsi ilə kəsişir ki, həmin küçədə hərəkət hər zaman intensiv olub. Yusif Səfərov şəhərətrafı ərazilərlə şəhər mərkəzini birləşdirən əsas küçələrdən biridir. Buna görə də bu küçədə hər zaman hərəkətdə sıxlıq müşahidə olunub”.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli açıqlamasında qeyd etdi ki, ərazidə sıxlığın qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir:

“Əməkdaşlarımız ərazidə nizamlayıcı qismində, YPX avtomobili ilə xidmət aparırlar. Əsas məqsəd yarana biləcək sıxlığın qarşısının alınması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunmasıdır. Bu istiqamətdə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən müvafiq tədbirlər görülür”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Fevral 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri