Icma.az
close
up
RU
Korrupsiya iddialarına kimsə inanmır, zatən dosye də boşdur

Korrupsiya iddialarına kimsə inanmır, zatən dosye də boşdur

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstanbul böyük şəhər bələdiyyəsinə qəyyum təyin etmək riskinə getmədilər.

Ayın 26-da bələdiyyə Məclisi toplaşaraq öz üzvlərindən birini bələdiyyə başqanı seçəcək. Çoxluq CHP-də olduğundan İmamoğlunun komanda üzvlərindən biri (yəqin ki, ilçə bələdiyyə başqanları arasından) böyük şəhər bələdiyyə başqanı olacaq.

Qəyyumdan vaz keçilməsində 2 amil rol oynadı:

– Xalq etirazlarının gözləniləndən daha genişmiqyaslı, inadlı və coşğulu olması;

– İqtisadiyyatın alt-üst olması riski.

19 mart əməliyyatı ilə iqtidarın nəyə nail olduğu zamanla əlbəttə ki, daha aydın ortaya çıxacaq. Mən şəxsən burada prezident Ərdoğan üçün bir uduş variantı görmürəm. Əməliyyat öncəsi Əkrəm İmamoğlu reytinqi yüksək olan ölkə siyasətçilərindən biriydi, əlavə olaraq onun əzabkeş obrazı da yarandı.

Korrupsiya iddialarına kimsə inanmır, zatən dosye də boşdur. Dəlil-sübut kimi təqdim olunan məsələlər gizli şahidlərin ifadələrindən ibarətdir, onlar isə gördüklərini yox, eşitdiklərini danışırlar. Vaxtilə “Ergenekon”, “Balyoz” əməliyyatları da gizli şahidlərin ifadələrinə əsaslanırdı və türk ordusunun yüzlərlə zabiti həbs olunmuşdu. (Yeri gəlmişkən, Türkiyə işğal olunsa, düşmənin belə asanlıqla cəsarət etməyəcəyi bu boyda rəzalətə görə kimsə cavabdehlik daşımadı). Bu cinayət işlərinin aqibətinin nə olduğunu bilirsiniz. Ona görə də, gizli şahid ifadələrinə hər hansı ictimai etimaddan söhbət gedə bilməz.

Digər tərəfdən, indiyə qədər İstanbul bələdiyyəsində Daxili İşlər Nazirliyinin, Ticarət Nazirliyinin müfəttişləri və Hesablama Palatası (Sayıştay) tərəfindən 1019 dəfə yoxlama aparılıb. Dövlət müfəttişləri qanunsuz heç nə aşkarlamayıb, amma gizli şahidlər deyir ki, “eşitdiyimizə görə filan şey filan cür olub” və bunun əsasında nüfuzlu müxalifət lideri həbsə atılır.

İnsanlar axmaq deyil, təhsil səviyyəsindən asılı olmayaq hər kəs məntiqlə düşünə bilir. Aydındır ki, hakimiyyətin onun fəaliyyətini diqqət mərkəzində saxladığını çox yaxşı bilən prezidentliyə iddiaçı şəxs maksimum çalışar ki, boşluq buraxmasın. Məntiq mühakiməsi həm də onu deyir ki, İmamoğlu həqiqətən korrupsioner və rüşvətxordursa, onda diplomunu ləğv eləməyə nə ehtiyac var idi? Deməli, məsələ siyasidir.

Bir sözlə, baltanı daşa vurdular.

Şahin Cəfərli 

Ekspert 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Mart 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri