Icma.az
close
up
RU
Kosmetoloq Nazlı Babayeva və pasiyenti arasında QALMAQAL Qadının dodağına süni gel vurub?

Kosmetoloq Nazlı Babayeva və pasiyenti arasında QALMAQAL Qadının dodağına süni gel vurub?

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Estetik prosedur etdirən qadın xoşagəlməz nəticə ilə üzləşib.
Bu barədə şikayətçi Rəvanə İmamverdiyeva Bizim.Media-ya müraciət ünvanlayıb. O, 2023-cü ildə plastik cərrah kimi tanıdığı Nazlı Babayevaya müraciət edərək, dodaq plastikası etirmək istədiyini bildirib:
“Razılaşdıq. Görəcəyi iş üçün məndən 800 manat pul aldı. Mən ona dodağıma cəmi 1 qram gel vurulmasını dedim. O isə məni inandırmağa çalışdı ki, 2 qram daha yaxşı forma verəcək. Üstəlik məni əmin etdi ki, o ancaq təbii geldən istifadə edir. Əməliyyatdan sonra dodaqlarımda şiş əmələ gəldi. Bununla bağlı Nazlı Babayevaya dəfələrlə müraciət etsəm də o bildirdi ki, 1 ilə qədər hər şey qaydasına düşəcək, şiş çəkiləcək və gel əriyəcək. Lakin hər şey əksinə oldu. Dodağım öz görnüşünü tamamilə itirdi. Bununla bağlı ailəmizdə ciddi söz-söhbətlər oldu. Hətta qardaşımla aramız pozuldu.
Dəfələrlə Nazlı Babayevanın yanında oldum.
Hər dəfə dodağıma bir məhlul sürtüb yola saldı ki, “yaxşı olacaq”. Amma heç nə yaxşı olmadı. Tez-tez iş ünvanını dəyişdiyinə görə Nazlı Babayevanı tapmaq da çətin olur. Başqa həkimlərin də qəbulunda oldum. Amma heç kim mənə kömək etmək istəmədi. Hamısı bildirdi ki, “bu adamın sənin dodağına nə vurduğunu biz bilmirik”. Bir sözlə, 3 ilə yaxındır ki, əziyyət çəkirəm.
Vaxtın uzanmasını indi Nazlı Babayeva öz lehinə çevirmək istəyir. Deyir ki, “3 il bundan qabaq olmuş prosedura mən nə edə bilərəm ki?”. Digər həkimlər də deyir ki, “dodağına vurulan gel sünidir, təcili çıxarılmalıdır. Əks-təqdirdə dodaqların daha pis görkəmə düşəcək”. İndi nə edəcəyimi bilmirəm”.
“Problemi var idisə, vaxtında müraciət edərdi”
Məsələ ilə bağlı plastik-cərrah Nazlı Babayeva ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, əməliyyatdan 3-4 il keçib:
“Dolğunun qalıcılığı 12 aydır. Sonra əriyib gedir. Bu xanımın problemi var idisə, vaxtında müraciət edərdi. İndi niyə müracət edir? Mən həm şəhid bacısıyam, həm də şəhid qızıyam. Rəvanə İmamverdiyava şər-xəta adamdır. 4 ildən sonra gəlib ki, “dodağıma süni dolğu vurmusan”.
Bildiyim qədər, son illərdə o Gəncədə, Bərdədə neçə həkimin yanında olub. Narazılığı varsa, getsin ekspertiza etdirsin. Ondan sonra müəyyən olunar ki, mənim günahım var, ya yox. Günahım varsa, qanun qarşısında cavab verməyə hazıram”.
Nazlı Babayeva lisenziyasız fəaliyyət göstərir
Araşdırmalarımız nəticəsində məlum oldu ki, Nazlı Babayevanın adı Səhiyyə Nazirliyi tərəfindən plastik cərrah kimi fəaliyyətinə icazə verilən 42 nəfərlik həkim siyahısında da yoxdur. Üstəlik, onun daimi iş yeri də bəlli deyil.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, Nazlı Babayeva lisenziya alan həkimlərin sırasında yoxdur.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri