Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Kosmosa göndərilən markalar Şokolad, idman avtomobili, saat...

Kosmosa göndərilən markalar Şokolad, idman avtomobili, saat...

Icma.az, News24 portalına istinadən məlumat verir.

"NASA" mühəndisi Kristina Kox (Christina Koch), 2025-ci il Ay missiyasına hazırlaşarkən Ayda gəzən ilk qadın olmaqla yanaşı, böyük bir dəyişikliyin də daşıyıcısı olacaq kimi görünür. Modanı kosmosa daşıyacaq həqiqi bir "daşıyıcı".

Milli.Az "HaberTürk"ə istinadla xəbər verir ki, Lüks moda evi "Prada", yeni dizaynı ilə podyumların sərhədlərini aşaraq kosmik səyahətə hazırlaşıb.  

İtalyan moda nəhəngi Ay missiyasında iştirak edəcək NASA astronavtları üçün, xüsusilə Kristina Kox üçün hazırladığı kosmos geyimlərini yaxın zamanda təqdim edib.  

"Prada" bu dizaynı "Axiom Space" adlı kosmos infrastruktur şirkəti ilə birlikdə hazırlayıb. Geyim, kosmosun sərt şəraitinə dözümlü şəkildə dizayn olunub.  

Dizayn yalnız vizual estetikadan ibarət deyil, həm də qarşıdakı missiya üçün yüksək performans, dayanıqlılıq və uyğunlaşma qabiliyyəti ilə seçilir.  

Yeni nəsil kosmos geyimində "Prada"nın imza xüsusiyyəti olan qırmızı xətli estetikaya yer verilib. Güclü yaradıcılıq elementləri nəzərə çarpır, amma dizayn hələ də 50 il əvvəl "Apollo" astronavtlarının geyindiyi klassik xüsusiyyətləri özündə saxlayır.  

"Prada"nın astronavt geyimi çətin testlərdən uğurla keçdi

"Prada" tərəfindən dizayn edilən qoruyucu geyimin ağ xarici qatmanı, Cənub Ay Qütbünün ekstremal temperaturlarına qarşı istiliyi əks etdirmək üçün xüsusi olaraq hazırlanıb. Həddindən artıq çətin hava şəraitində tam qoruma təmin etmək məqsədilə yüksək dəqiqliklə dizayn edilən bu geyim test mərhələlərini uğurla tamamlayıb.  

News24.az xəbər verir ki, "Prada", ilk kosmos geyimini hazırlayan "yüksək moda markası" olsa da, kosmosa çıxan ilk marka deyil. Kosmik tədqiqatların və yarışların gələcəyi artıq yalnız hökumət dəstəyi ilə məhdudlaşmır.  Yenilikçi özəl şirkətlərin yüksəlişi və kosmik turizmin böyük inkişafı kosmosun artıq hamıya açıq olması deməkdir.  

Bəs indiyədək markalar kosmik səfərlər üçün nələr dizayn ediblər?

1. "Ay saatı"  

"Omega", kosmosa çıxan ilk marka kimi tarixə düşüb. "Ay saatı" adı ilə tanınan bu marka, kosmosda olmaq üçün "Rolex" və "Longines-Wittnauer" ilə rəqabət aparsa da, qalib "Omega" olub.  

"Apollo" proqramı tərəfdaşlığını hansı markanın qazanacağına qərar vermək üçün saatlar yüksək temperatur, təzyiq, rütubət, cazibə qüvvəsi, sürətlənmə və yavaşıma kimi çətin testlərdən keçirilib. Nəticədə, 1 mart 1965-ci ildə "Omega Speedmaster" astronavtların saatı kimi təsdiqlənib.  

2. Gözəllik serumu

"NASA"nın Beynəlxalq Kosmik Stansiyasında işgüzar təşəbbüsləri təşviq etmək səylərinin bir hissəsi olaraq, qlobal gözəllik markası "Estee Lauder" cildin qorunması üçün nəzərdə tutulmuş "təkmilləşdirilmiş gecə serumu"nu kosmosa göndərib.  

Kosmik stansiyaya təxminən 10 şüşə "Estee Lauder" brendinə aid dəriyə qulluq serumu göndərilib və "NASA" astronavtları məhsulu stansiyanın mikroqravitasiya mühitində kameraya çəkiblər. Marka, çəkilişi həyata keçirən astronavtlar da daxil olmaqla bütün layihə üçün "NASA"ya cəmi 128 min dollar ödəyib.  

3. İdman avtomobili

İlon Maskın sahibi olduğu "Tesla" şirkəti 2018-ci ildə istehsal etdiyi idman avtomobilini kosmosa göndərdi. "Falcon 9" raketi ilə kosmosa buraxılan və hələ də kosmosun boşluğunda hərəkət edən "Tesla Roadster" modeli avtomobil, yük kimi "SpaceX" geyimi ilə geydirilmiş və Devid Bovinin (David Bowie) klassik hitinə istinad edilərək "Starman" ləqəbi verilən bir manekenlə birlikdə göndərilib.  

2035-ci ilə qədər heç bir planetin yaxınlığından keçməyəcəyi proqnozlaşdırılan avtomobilin 2047 və 2050-ci illərdə Yerə bir neçə milyon kilometr məsafədən uçacağı ehtimal edilir. Araşdırmalara əsasən, avtomobilin 15 milyon il ərzində Yerə çırpılma ehtimalı təxminən 22 faizdir.  

Avtomobilin ölçüsü və keçdiyi səyahət səbəbindən bu buraxılış "Tesla" və "SpaceX" şirkətlərinin möhtəşəm bir marketinq addımı kimi qiymətləndirilib. Şübhəsiz, Maskın bu iki şirkəti sayəsində kosmos sənayesi ilə əlaqəsi bu cür layihələri həyata keçirməyi asanlaşdırmış kimi görünür.  

4. Paraşütlə tullanma ("Skydiving")

Özünü kosmosdan dünyaya tanıdan başqa bir marka isə "Red Bull" oldu. 2012-ci ildə Yer səthindən 39 kilometr yüksəklikdən sərbəst tullanış edən avstriyalı paraşütçü Feliks Baumqartner (Felix Baumgartner), indiyədək ən böyük və uğurlu marketinq kampaniyalarından birinin iştirakçısı oldu.  

"Red Bull", Baumqartnerin kosmosdan sərbəst tullanış edərək üç dünya rekordunu qırması üçün tibb, elm və mühəndislik sahəsində dünyanın aparıcı mütəxəssislərini bir araya gətirdi. 2005-ci ildə başlayan layihə, 14 oktyabr 2012-ci ildə yalnız 10 dəqiqə davam edən tullanışa qədər 8 il davam edən intensiv iş, yenilik, araşdırma və sınaq mərhələlərini əhatə etdi. Bu müddətdə Baumqartner 833,9 km/saat sürətlə irəliləyərək səs sürətini aşdı və indiyə qədər ən yüksək sərbəst tullanma və ən uzun sərbəst tullanma rekordlarını qırdı.  

"Red Bull Stratos" adlı bu layihə, yalnız "YouTube"da canlı yayım zamanı eyni vaxtda 8 milyon baxış əldə etməklə kifayətlənmədi, həm də aviasiya təhlükəsizliyinin artırılması, yüklərin bərpası üçün yeni standartlar təyin edən helium şarlarının və paraşüt sistemlərinin istifadəsi sahəsində mühüm araşdırmalara səbəb oldu.  

"Red Bull" sübut etdi ki, yenilik yaratmaq və uğur qazanmaq üçün yalnız kosmos sektorunda fəaliyyət göstərən bir şirkət olmaq zəruri deyil.  

5. Şokolad

Feliks Baumqartnerin tullanışı bir şokolad markasının da kosmosa çıxmasına imkan verdi.  "KitKat" markası, şokolad barlarından birini Baumqartnerin tullanışından bir neçə saat əvvəl bir meteoroloji şara və "GoPro" kamerasına bağlayaraq kosmosa göndərmək qərarına gəldi.  

Çəkilən görüntülər "YouTube" platformasında yayımlandı. Bu reklam, ideyanın irəli sürülməsindən icrasına qədər yalnız 24 saat keçən uğurlu bir marketinq kampaniyası olaraq tarixə düşdü./valyuta.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri